26 Yanvar 2019 01:09
2718
Səhiyyə
A- A+

Qripə qarşı təbii reseptlər


Əzvay

Əzvay (Aloe vera) bitkisi immun sistemini gücləndirir, virusla mübarizə edir, qripin simptomlarını yüngülləşdirir. Əzvay şirəsini eyni miqdarda balla qarışdırıb gündə 2-3 dəfə 1 xörək qaşığı olmaqla qəbul edin.

Sarımsaq

Güclü virus və mikrob əleyhinə təsirə malik olan sarımsaq qrip və soyuqdəymə zamanı ən effektli vasitələrdəndir. Sarımsağı tez-tez salatlara əlavə edin. Həmçinin xüsusi sarımsaq suyu hazırlamaq olar. 5 baş sarımsağı blenderdən keçirin, üzərinə 1 stəkan isti (qaynar yox!) su tökün, su soyuyanda süzün, 1-2 xörək qaşığı bal əlavə edin. Dəmləməni gün ərzində hər dəfə 1-2 xörək qaşığı olmaqla için.

Zəncəfil

Zəncəfil ən güclü virus əleyhinə vasitələrdən biridir. Zəncəfilli-limonlu çay qrip və soyuqdəymənin simptomlarını yüngülləşdirir, öskürək və zökəm zamanı yardım edir, immuniteti gücləndirir, sağalmanı tezləşdirir. Çaya bal da əlavə edə bilərsiniz.

Sarıkök

Qrip və soyuqdəymənin ilk simptomlarında bal və sarıkök əlavə olunmuş süd içmək faydalıdır. Bu qarışıq güclü virus əleyhinə vasitədir. 1 stəkan çox da isti olmayan südə (təxminən 400C) 1 çay qaşığı sarıkök, 1 xörək qaşığı bal əlavə edəndən sonra qarışdırıb için.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video