26 Yanvar 2019 01:08
900
Səhiyyə
A- A+

Xərçəng xəstəliyi ilə mübarizədə uğurlu üsul


İsveçrənin Bazel Universitetində siçanlar üzərində aparılan tədqiqatlar nəticəsində alimlər xərçəng hüceyrələrinin piy hüceyrələrinə çevrilməsinə nail olublar. Bu üsul sayəsində şişlərin metastaz yaratmasının qarşısı alınıb.

Tədqiqatçı qrupun rəhbəri Herhard Xristofori əldə olunan nəticələri izah edərkən bildirib ki, xərçəng hüceyrələrinin yüksək plastik təbiətə malik olması və öz bioloji xarakterini dəyişə bilməsi alimlər üçün mühüm faktor olub. Alim qeyd edib ki, qan dövranında hərəkət edən və dəyişkən xassəyə malik xərçəng hüceyrələri sürətlə yayıla bildiyi kimi, digər hüceyrələrə çevrilmə xassəsinə də malikdir. Məhz bu xassəni nəzərə alan alimlər bədxassəli xərçəng hüceyrələrini "yenidən proqramlaşdırmağa” və onların təhlükəsiz piy hüceyrələrinə çevrilməsinə nail olublar. Xərçəng hüceyrələri piy hüceyrələrinə çevrildikdən sonra yayılma dayanıb və hərəkətsiz hala gələn yeni hüceyrələr orqanizm üçün heç bir təhlükə yaratmayıb.

Rosiqlitazon və trametinib adlı iki maddənin kombinasiyasından ibarət yeni preparatın əsas üstünlüklərindən biri də xərçəng hüceyrələrinin inkişafını dayandırmaqla yanaşı, digər orqanlara mənfi təsir göstərməməsidir. Hazırda döş vəzi xərçənginə qarşı sınaqdan keçirilən yeni mübarizə üsulunun xərçəng xəstəliyinin digər formalarına qarşı da tətbiqi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video