26 Yanvar 2019 01:08
932
Səhiyyə
A- A+

Ən faydalı süd


Arı südü dünyanın ən bahalı südü hesab edilir. Bir qramı 5 manata, litri təxminən 5 min manata satılan arı südünün istehsalı da olduqca azdır. Xərçəng və bu kimi bir sıra dəhşətli xəstəliklərin müalicəsi üçün arı südü tövsiyə edilir.

Arı südü ən güclü bioloji stimulyator sayılır - orqanizmi möhkəmləndirir, tonusunu artırır, xəstəliklərlə mübarizəyə yardım edir.

Bundan əlavə, ən güclü təbii antibiotiklərdən biri sayılır, vərəm çöpünə öldürücü təsir edir.

Ürək əzələsinə müsbət təsir edir, infarkt keçirmiş xəstələrin vəziyyətini yaxşılaşdırır.

Mütəxəssislər bildirirlər ki, arı südü həm də yuxu problemi və depressiyadan əziyyət çəkən şəxslər üçün faydalıdır.

Artıq çəkidən azad olmaq, dəri problemlərinin aradan qaldırılması və saç tökülməsinin qarşısının alınması üçün də arı südündən istifadə tövsiyə olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video