Alternative content

19:39 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “ASAN xidmət”də “Azərişıq” ASC-nin daha 2 yeni xidməti yaradıldı
“ASAN xidmət”də “Azərişıq” ASC-nin daha 2 yeni xidməti yaradıldı
ANA SƏHİFƏ / ELANLAR
01:06 26.01.2019


"Çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyata alınması” və "Elektrik təchizatının layihələndirilməsi” xidmətləri fəaliyyətə başlayıb


"Azərişıq” ASC-nin "ASAN xidmət” və "ASAN kommunal” vasitəsilə abonentlərə göstərdiyi xidmətlərin sayı 15-ə çatdırılıb. Belə ki, xidmətlər sırasına daha 2 yeni xidmət əlavə olunub. Bu gündən etibarən ölkədəki bütün "ASAN xidmət” və "ASAN kommunal” mərkəzlərində "Çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyata alınması” və "Elektrik təchizatının layihələndirilməsi və qurlaşdırılması” xidmətləri fəaliyyətə başlayıb.

İndiyə qədər bir sıra mənzil tikinti kooperativləri (MTK) çoxmənzilli binalara ümumi texniki şərt əldə edir, bəzi hallarda əhali abonentlərdən enerji haqqının ödənişi, qeyri əhalinin ödənişi kimi qeydə alınır, sayğacla təmin edilmə prosesində vətəndaşlardan "Azərişıq” ASC-yə adiyyəti olmayan əlavə vəsait tələb edilir, bu isə vətəndaşların narazılığına səbəb olurdu.

Şəffaflıq və operativliyin təmin edilməsi, işin asanlaşdırılması məqsədilə "ASAN xidmət” mərkəzlərində yaradılan "Çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyata alınması” xidməti "Azərişıq” ASC ilə MTK, MMC və digər müəssisələrlə münasibətləri tənzimləyəcək. Bununla da çoxmənzilli yaşayış binalarında mənzil sahiblərinin elektrik şəbəkəsinə qoşulması üçün fərdi qaydada müraciət etmələrinə ehtiyac qalmayacaq, eyni zamanda mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq onlardan qoşulma haqqı tələb olunmayacaq. Həmçinin MTK sahibləri də sənədləşmə işini yerində həll edə biləcəklər.

"ASAN xidmət” vasitəsilə yeni yaradılan "Elektrik təchizatının layihələndirilməsi və quraşdırılması” xidmətinə gəldikdə isə, burada da sahibkarların tikəcəyi və ya quraşdıracağı yarımstansiyalar, transformatorlar, elektrik xətləri, obyektlərin daxili və xarici elektrik təchizatı layihələndiriləcək və onun əsasında tikinti-quraşdırma işlərinin həyata keçirilməsi təklif olunacaq.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM