25 Yanvar 2019 18:09
425
DÜNYA
A- A+

Ağ ev ABŞ-da fövqəladə vəziyyət elan etməyə hazırlaşır


Ağ ev Prezident Donald Tramp üçün ölkənin cənub sərhədi boyunca fövqəladə vəziyyət rejiminin layihəsini hazırlayır. Bu barədə ABŞ administrasiyasının daxili sənədlərinə istinadən CNN telekanalı xəbər verir.

Telekanalın əldə etdiyi sənədlərə əsasən, Tramp fövqəladə vəziyyət rejimi elan etmək və bununla sərhəddə divar inşasının maliyyələşdirilməsini Konqresin razılığı olmadan təmin etmək qərarına gəlsə, Ağ ev Meksika ilə sərhəd boyunca divarın tikintisinə 7 milyard dollar ayıracaq.

Bundan əvvəl Tramp bildirmişdi ki, divarın maliyyələşdirilməsi ilə əlaqədar razılıq əldə etmək mümkün olmasa, o, ölkədə fövqəladə vəziyyət elan etmək hüququna malikdir.

Xatırladaq ki, 2019-cu il üçün büdcə təsdiq edilmədiyindən ABŞ-ın federal orqanlarının təxminən 25 faizi dekabrın 22-dən bəri işləmir, yaxud məhdud fəaliyyət göstərir.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video