25 Yanvar 2019 16:06
677
Mədəniyyət
A- A+

Əbülfəs Qarayev: Cəfər Cabbarlının Bakıdakı ev-muzeyinin fəaliyyəti üçün yeni təkliflər hazırlanacaq


Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı mədəniyyət sahəsində müasir sistemin qurulmasını, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsini, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılmasını nəzərdə tutur. Sözsüz ki, bu sahədə çalışan insanların işsiz qalmamasını da təmin etməliyik. Bizim üçün insan faktoru əsas olaraq qalır. Eyni zamanda, müasirləşmə getməli, sistem təkmilləşdirilməlidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə yanvarın 25-də mədəniyyət naziri Əbülfəs Qarayev Xızıda keçirilən vətəndaş qəbulu zamanı jurnalistlərə açıqlamasında bildirib.

Nazir görkəmli ədib Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsi haqqında dövlətimizin başçısının sərəncamına da diqqət çəkərək, bununla əlaqədar silsilə tədbirlərin təşkil olunmasının nəzərdə tutulduğunu söyləyib: "Cəfər Cabbarlının 120 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi addımlar atılır. İl ərzində ölkəmizin mədəniyyət müəssisələrində çoxsaylı tədbirlər keçiriləcək, teatrlarımızda görkəmli dramaturqun əsərləri tamaşaya qoyulacaq. Qəbul zamanı ziyalılar tərəfindən ədibin Xızıda yerləşən ev-muzeyinin fəaliyyətinin təkmilləşdirilməsi, yenilənməsi ilə bağlı təkliflər səsləndirildi. Cəfər Cabbarlının Bakıdakı ev-muzeyinin fəaliyyəti üçün də yeni təkliflər hazırlanacaq. Orada bəzi hüquqi məsələlər mövcuddur. Bu məsələlər öz həllini tapdıqdan sonra muzeyin fəaliyyəti təmin olunacaq”.

Əbülfəs Qarayev Xızıya səfəri çərçivəsində Cəfər Cabbarlının rayonda yerləşən ev-muzeyinin fəaliyyəti ilə tanış olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video