25 Yanvar 2019 16:02
469
DÜNYA
A- A+

Avstraliyada qızmar istilər nəticəsində onlarca vəhşi at tələf olub


Avstraliya cırhacır istilərdən əziyyət çəkir. Termometrin civə sütunu Selsi ilə 48 dərəcəyə yüksəlib. AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, heyvanlar susuzluq və yüksək temperatur nəticəsində kütləvi surətdə qırılır.

Ölkənin cənubunda, Alis-Sprinqs şəhəri yaxınlığındakı meşədə onlarca ölü heyvan aşkar edilib. Qızmar istilərə görə göllər quruduğu üçün atlar və digər heyvanlar susuz qalıb.

Alis-Sprinqsdə artıq iki həftədir havanın temperaturu 42 dərəcədən enmir. Yerli meteoroloqlar bildirirlər ki, belə istilər bu bölgə üçün rekord göstəricidir.

Sedun şəhərində isə temperatur 48,6 dərəcəyə yüksəlib. Cənubi Avstraliyanın bütün ərazisi yüksək temperaturun cəngindədir. Son bir gün ərzində istilərə görə həkimlərə 44 adam müraciət edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video