Alternative content

04:48 21 Fevral 2019
ONLINE XƏBƏR LENTİ
00:54 21.02.2019 Azərbaycan naminə
00:52 21.02.2019 Humanizm zirvəsi
00:50 21.02.2019 MİSSİYA
00:38 21.02.2019 Ana dili
00:36 21.02.2019 Danışır xocalılılar
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin gənclər və idman komitəsinin ilk iclası keçirilib
Milli Məclisin gənclər və idman komitəsinin ilk iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
14:26 25.01.2019

Yanvarın 25-də Milli Məclisin gənclər və idman komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Ülvi Quliyev gündəlikdəki məsələlər barədə məlumat verib. 2018-ci ilin payız sessiyasının yekunlarından bəhs edən Ü.Quliyev bildirib ki, hesabat dövründə komitənin 3 iclası keçirilib, 5 məsələ müzakirə edilib. Sessiya ərzində komitəyə daxil olan müraciətlər müvafiq ünvanlara göndərilib, vətəndaşlar qəbul edilib. Komitənin payız sessiyası dövründə fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Daha sonra komitənin 2019-cu il yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri planı müzakirə olunub və təsdiqlənib.

Daha sonra "Gənclər siyasəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Qeyd edilib ki, bu gün dünyada gedən ictimai siyasi proseslər istənilən ictimai sferanın inkişafını stimullaşdırır. Qanunvericilik bazasının təkmilləşdirilməsi bu inkişafı şərtləndirən əsas amillərdən biri olduğu üçün hüquqi bazanın müasir tələblərə uyğunlaşdırılması qarşıda duran önəmli vəzifələrdəndir. "Gənclər siyasəti haqqında” Qanunda ediləcək dəyişikliklər də məhz bu vəzifələri ehtiva edir.

Diqqətə çatdırılıb ki, layihənin zəruriliyini əsaslandıran iki fundamental hüquqi sənədin biri Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”, digəri isə dövlətimizin başçısının 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramlarının həyata keçirilməsi üzrə tədbirlər planlarıdır. Gənclərlə iş sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və gənclər siyasətinin həyata keçirilməsinin səmərəliliyinin artırılmasını ehtiva edən bu iki sənədin müvafiq olaraq 6.1.1-ci və 5.11.1-ci yarımbəndləri ilə normativ hüquqi aktların gənclərlə bağlı müddəalarının təhlili və onların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması tədbir kimi müəyyən edilib.

Müzakirədən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM