25 Yanvar 2019 00:45
1221
Təhsil
A- A+

Yüksək keyfiyyətli ali təhsil ocağı


2030-cu ilədək dövrü əhatə edən "UNEC-100” İnkişaf Strategiyasının məqsədlərindən biri yüksək keyfiyyətli ali təhsil ocağına çevrilməkdir.

Strategiyaya əsasən, UNEC bu məqsədə nail olmaq üçün yüksək bal toplayaraq universiteti seçən abituriyentlərin sayını artırmağı, orta keçid balını 500-ə yüksəltməyi, tədris prosesini daim təkmilləşdirməyi, akademik heyətinin peşəkarlıq səviyyəsini və 40 yaşadək professor-müəllim heyətinin payını davamlı yüksəltməyi, təhsil proqramlarının beynəlxalq akkreditasiya olunmasını, tələbələrin təqaüd və yataqxana ilə təmin olunma imkanlarını artırmağı, ölkədə və regionda ən geniş distant təhsil xidmətləri göstərməyi hədəfləyib.

Sənəddə hər bir hədəfə nail olmaq üçün stratefi fəaliyyətlər əks olunub. Ölkədə orta təhsilin keyfiyyətinin yüksəldilməsinə və şagirdlərin ilkin iqtisadi biliklərinin formalaşdırılmasına dəstək verilməsi, təhsil proqramları ilə bağlı tanıtım tədbirlərinin genişləndirilməsi, baza məktəblərinin sayının artırılması UNEC-in strateji fəaliyyətləri kimi göstərilib.

2030-cu ilə qədər tədris prosesini təhsil alanlarda zəruri bilik və bacarıqları formalaşdırmağa imkan verəcək səviyyədə daim təkmilləşdirməyi hədəfləyən UNEC bu istiqamətdə də əsas fəaliyyətlərini müəyyən edib. Belə ki, həmin dövrədək ixtisaslar, tədris standartları və planlarının dünya təcrübəsi və əmək bazarının tələblərinə uyğunlaşdırılması, müəllimin tələbə tərəfindən seçiminin təmin edilməsi, aktiv dərs yükünün və hər müəllimə düşən tələbə sayınının 1/16 nisbətinə qədər azaldılması nəzərdə tutulub.

Strategiyaya görə, ixtisas fənlərinin tədrisində effektivliyi təmin etmək, tədrisin informasiya təminatını yaxşılaşdırmaq, Azərbaycan dilində tədris resurslarını inkişaf etdirmək, 24/7 kitabxana şəbəkəsi qurmaq, mentorluq institutu formalaşdırmaq, tələbələrin İKT, akademik yazı və natiqlik bacarıqlarını inkişaf etdirmək, mübadilə proqramlarına daha çox müəllim və tələbə cəlb etmək, innovativ təlim metodlarından istifadəni genişləndirmək, tələbələrin təcrübəsinin təşkilini təkmilləşdirmək, "oriyentasiya günləri”nin səmərəliliyini artırmaq əsas fəaliyyət istiqamətləri kimi təsbit olunub.

UNEC 100 illik yubileyinədək ölkədə və regionda ən geniş distant təhsil xidmətləri göstərən Distant Təhsil Mərkəzi formalaşdıraraq, ümumi fənlərin distant tədrisini, eləcə də distant təhsil proqramlarını təklif etməyi də hədəf seçib.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video