Alternative content

01:47 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
00:20 20.07.2019 Bu da 60
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “AzerTelecom” Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir
“AzerTelecom” Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir
ANA SƏHİFƏ / ELANLAR
00:31 25.01.2019


Hazırda 4-cü sənaye inqilabı şəraitində dünya ölkələrində iqtisadiyyatın rəqəmsallaşması və sürətli transformasiyası prosesləri gedir. Son 25 il ərzində aparılan fəaliyyətin nəticəsi olaraq regionun enerji və nəqliyyat mərkəzinə çevrilmiş Azərbaycan da artıq 4-cü sənaye inqilabının astanasındadır və ölkəmizdə iqtisadiyyatın rəqəmsallaşması, bilik iqtisadiyyatının qurulması və innovasiyaların tətbiqi mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və ölkəmizin tranzit potensialının gücləndirilməsi istiqamətində son illər bir sıra mühüm layihələr icra edilir. Hazırda Azərbaycanın ilk mobil operatoru "Bakcell” şirkətinin törəmə şirkəti olan "AzerTelecom” Azərbaycanın regionun "Rəqəmsal Məkəz”inə çevrilməsi üçün "Azerbaijan Digital Hub” proqramının icrasına başlayıb.


"Azerbaijan Digital Hub” proqramının əsas hədəfləri


Proqramın əsas hədəfi Azərbaycanın telekommunikasiya ekosisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə qalxması, ölkənin internetin alışında xarici ölkələrdən asılılığının minimuma endirilməsi, perspektivdə isə Azərbaycanın regionda internetin satışında mərkəzi ölkəyə çevrilərək, rəqəmsal xidmətlər idxal edən tərəfdən "Made in Azerbaijan” brendi altında bu xidmətləri istehsal və qonşu regionlara ixrac edən ölkəyə transformasiya olunmasıdır.

"Azerbaijan Digital Hub” proqramı çərçivəsində Azərbaycanın gələcəkdə Qafqaz, Yaxın Şərq, Orta Asiya və Cənub Asiya ölkələrini əhatə edən böyük bir regionun Rəqamsal Mərkəzinə çevrilməsi bu regionlarda yaşayan 1,8 milyard əhalinin (dünya əhalisinin 1/4-i) müxtəlif rəqəmsal xidmətlərlə daha yaxşı təmin edilməsinə şərait yaradacaq. Ölkəmizin regionda internetin təkcə tranzitində deyil, həmçinin də satışında mərkəzi ölkəyə çevrilməsi isə dünyanın internet xəritəsinə London, Frankfurt, Sofiya, İstanbul, Moskva, Amsterdam və Dubay kimi İnternet Mərkəzlərilə yanaşı, Bakının da əlavə olunması deməkdir. Bu proqram, həmçinin Rəqəmsal Mərkəzdə dünya brendlərinin (Apple, Google, Amazon, Alibaba, Facebook, Netflix və s.) cəmləşməsinə də şərait yaradacaq.

"Azerbaijan Digital Hub” proqramı nəticəsində Azərbaycanın Regionun Rəqəmsal Mərkəzinə çevrilməsi hazırda Çin hökumətinin təşəbbüskarı olduğu "Belt and Road Initiative” layihəsində Azərbaycanın da iştirakına töhfə verəcək. "Belt and Road Initiative” layihəsi Avropa, Asiya və Afrika ölkələrində infrastruktur inkişafını, investisiya yatırımlarını özündə ehtiva edir ki, Azərbaycan da "Rəqəmsal Mərkəz” kimi "Belt and Road Intiative” qlobal layihəsinin bir hissəsinə çevrilir.

"Azerbaijan Digital Hub” proqramının reallaşması nəticəsində Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində olan böyük magistral fiber-optik şəbəkələr Azərbaycanda birləşəcək. Dünyanın qlobal tranzit magistral şəbəkələrinin Azərbaycanda kəsişməsi ilə yanaşı, Azərbaycanda bu regionun ən böyük Data Mərkəzi də qurulacaq. "AzerTelecom” artıq "Azərbaycan Dəmir Yolları” QSC ilə birgə ölkə daxilində dəmiryol xətlərinin mühafizə zolağı boyunca yeni dayanıqlı magistral fiber-optik kabel infrastrukturunun tikintisinə başlayıb və müvafiq investisiya qoyuluşları həyata keçirilib. Bu imkan verir ki, Şərq-Qərb, Şimal-Cənub istiqamətlərində olan magistral xətlərin Azərbaycanda kəsişməsi reallaşsın.


Proqram mühüm üstünlüklərə sahibdir


"Azerbaijan Digital Hub” proqramının ölkəmiz üçün mühüm üstünlükləri var. Yuxarıda qeyd olunanlarla yanaşı, bu üstünlüklər, həmçinin ondan ibarətdir ki, dövlət investisiyası cəlb olunmadan ölkə iqtisadiyyatının inkişafı üçün yeni imkanlar yaranacaq, regionda rəqəmsal logistik mərkəz qurulacaq, qeyri-neft sektoruna investisiyaların cəlb edilməsinə və onun inkişafına güclü təkan verilməklə rəqəmsal iqtisadiyyata töhfə veriləcək. Proqramın icrası, həmçinin elektron xidmətlərin inkişafına və ölkənin kiber-təhlükəsizliyinin təmin edilməsinə də töhfə verəcək.

"Azerbaijan Digital Hub” proqramı çərçivəsində rəqəmsal sahədə yeni iş yerləri yaranacaq, hər hansı intellektual beyinlərin axınının qarşısının alınması və xaricdə olan savadlı Azərbaycanlı mütəxəssislərin geri dönüşü üçün yeni imkanlar açılacaq və Azərbaycanda startapların inkişafı və onların ölkədə qalması üçün münbit bir ekosistem formalaşacaq. Proqram, həmçinin kiçik və orta sahibkarlığın inkişafına və Azərbaycanda Rəqəmsal İqtisadiyyatın inkişafına töhfə verəcək.

"Azərbaycan”