Alternative content

10:25 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:54 20.08.2019 Muğamın Xanı
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
Milli Məclisin elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
23:29 24.01.2019

Yanvarın 24-də Milli Məclisin elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri İsa Həbibbəyli əvvəlcə 2018-ci il payız sessiyasının yekunlarından danışıb. Bildirib ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, 12 məsələ müzakirə olunub. Payız sessiyasında komitəyə 149 müraciət ünvanlanıb. Vətəndaşlardan daxil olmuş 137 müraciətlə əlaqədar 102 məktub hazırlanıb aidiyyəti üzrə müvafiq təşkilatlara göndərilib.

Komitənin payız sessiyası dövründə fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Daha sonra komitənin 2019-cu il yaz sessiyası üçün nəzərdə tutulan iş planına baxılıb və təsdiqlənib.

İclasda, həmçinin "Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Qanun layihəsini təqdim edən komitə sədri İsa Həbibbəyli bildirib ki, sənəd 5 fəsil, 33 maddədən ibarətdir. Bu sənəd Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, ölkəmizdə ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Qanun layihəsində qeyd edilir ki, təmayül sinifləri şagirdlərin sayı ən azı 15 nəfər olmaqla komplektləşdirilir. Tədris ili ərzində bu sayın azalması siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır. Ümumi orta təhsil icbaridir, eyni zamanda, ümumi təhsil pulsuzdur. Ümumi təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyə, Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi şəxsləri, Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilər. Yəni, qanun layihəsinə əsasən, Azərbaycanda bələdiyyə məktəbləri də yaradılacaq. Sənəddə əksini tapan məsələlərdən biri də məktəblərdə vahid geyim formasının tətbiq edilməsidir. Belə ki, ümumi təhsil müəssisəsində təhsil alanlar üçün Təhsil Nazirliyi tərəfindən müəyyənləşmiş geyim formaları tətbiq olunacaq. Sənədin mühüm və başlıca cəhətlərindən biri gənclərə müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlar verilməklə yanaşı, onların vətənpərvər ruhda yetişdirilməsidir.

Layihənin ikinci oxunuşda müzakirəsi zamanı deputatların toxunduğu əsas məsələlərdən biri dərsliklərlə bağlı olub.

Deputatlar sənədlə bağlı fikir və təkliflərini səsləndiriblər.

İclasda iştirak edən təhsil nazirinin müavini İdris İsayev deyib ki, növbəti ayda dərsliklərlə bağlı normativ-hüquqi akt qəbul ediləcək. Bu, ictimaiyyətə açıqlanacaq. Həmin sənəddə həm dərsliklərin hazırlanması, həm təsdiqlənməsi, nəşr edilməsi kimi müddəalar əksini tapacaq. Əlbəttə, dərsliklər təhsilin məzmunundan irəli gəlir. Məzmunla bağlı bu qanunda da müddəalar bir qədər genişləndirilə bilər.

Qanun layihəsinə əsasən, Azərbaycanda ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara xüsusi nümunəli attestat veriləcək. Qanun layihəsi ilə yanaşı, ölkədə dövrün və zamanın tələblərinə uyğun olaraq Ümumi Təhsilin Dövlət standartlarının növbəti mərhələsi hazırlanır.

Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib ki, Təhsil Nazirliyi Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq ümumi təhsilin yeni standartlarını hazırlayıb. Yeni fənn kurikulumlarının layihələri də hazırlanıb. Milli-mənəvi dəyərlər, tədris yükünün optimallaşdırlması yeni hazırlanan sənədlərdə əksini tapıb.

Sonra cari məsələlər müzakirə olunub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM