24 Yanvar 2019 17:42
308
DÜNYA
A- A+

Malayziyanın yeni Kralı seçildi


Paxanq ştatının hakimi, sultan Abdulla Riayətuddin Al-Mustafa Billah Malayziyanın XVI Kralı seçilmişdir. Seçkilər paytaxt Kuala-Lumpurda 13 ştatdan 9-nun sultanlarının daxil olduğu Malayziya Hakimləri Şurasının konfransında keçirilmişdir.

Kral səlahiyyətlərini beş il ərzində icra edəcək. Monarx qanunların qəbul olunmasında iştirak edir, lakin parlamentin və hökumətin rəylərini nəzərə almalıdır.

Malayziyanın əvvəlki ali hökmdarı V Məhəmməd yanvarın 6-da taxt-tacdan imtina etmişdir. Bu, krallığın tarixində ilk hadisədir. Hökmdar bu addımının motivlərini açıqlamamışdır. 2016-cı ildə seçkilərdə qalib gəlmiş V Məhəmməd 2021-ci ildə vəzifəsini tərk etməli idi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video