24 Yanvar 2019 17:41
427
DÜNYA
A- A+

Avstraliyada 50 dərəcəlik isti


Cənubi Avstraliya ştatında temperatur rekord vurmuşdur. Bölgədə termometr 50 dərəcə isti göstəricisinə yaxınlaşmışdır. Bu barədə yerli ABC telekanalı xəbər verir.

Məlumata görə, Seduna şəhərində ardıcıl olaraq iki gündür havanın hərarəti 48,6 dərəcəyə çatır. Ştatın paytaxtı Adelaidada dünən 46,6 dərəcə isti qeydə alınmışdır. Bu rekord göstərici şəhəri ölkədə ən isti ştat paytaxtı etmişdir. Əvvəlki rekord 2009-cu ildə Viktoriya ştatının paytaxtı Melburnda qeydə alınmışdır. O vaxt termometr 46,4 dərəcə isti göstərmişdir.

Energetika şəbəkələrinin operatoru kondisionerlərdən fəal istifadə fonunda Cənubi Avstraliya və Viktoriya ştatlarında mümkün elektrik problemləri barədə xəbərdarlıq etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video