24 Yanvar 2019 12:06
364
SİYASƏT
A- A+

AŞPA-nın sessiyasında Ermənistanın hərbi təcavüzü nəticəsində əlil olmuş azərbaycanlılardan danışılıb


Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində ölkəmizdə minlərlə insan əlil olub. Əlillərin işlə təminatı üçün qanunvericilikdə bir sıra önəmli dəyişikliklər edilib. Məşğulluq haqqında qanun və proqramlarda əlillərin işlə təminatı məsələsi ən önəmli prioritetlərdəndir. Hər il Qarabağ müharibəsi əlilləri də daxil olmaqla, yüzlərlə əlil dövlət tərəfindən pulsuz mənzillə təmin olunur.

Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva qurumun qış sessiyası çərçivəsində "İşə qəbulda ayrı-seçkilik” və "Fiziki məhdudiyyətli inklüziv işçi qüvvəsi üçün” adlı məruzələrin müzakirəsi zamanı söyləyib. O bildirib ki, üzv ölkələr sağlamlıq imkanları məhdud olan insanların təhsili, onların işlə təminatı istiqamətində səylərini daha da artırmalıdırlar. Fiziki məhdudiyyətli insanların təhsili, onların hər hansı bir peşəyə yüksək səviyyədə yiyələnməsinə dəstək proqramları artırılmalıdır. Bu, onların işlə təminatını asanlaşdıran başlıca amillərdən biridir.

Deputat məruzəçinin üzv ölkələrə çağırışlarını dəstəklədiyini söyləyib. Bu mövzuların ölkəmizdə xüsusi diqqət mərkəzində olduğunu, sağlamlıq məhdudiyyəti olan insanların təhsili, işlə təminatı, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində həm qanunvericilik, həm də hökumət səviyyəsində ciddi addımlar atıldığını diqqətə çatdırıb. "Məruzədə üzv ölkələrə edilən çağırışlar arasında bu mövzuda əhalinin maarifləndirilməsi, təbliğatın rolu xüsusi vurğulanır ki, biz bunu dəstəkləyirik. Əlillərin əmək bazarında iştirakının təşviqində qeyri-hökumət təşkilatlarının oynadığı önəmli rolu nəzərə alaraq bu cür təşkilatların maliyyə vəsaiti ilə dəstəklənməsi artırılmalıdır. Ölkəmizdə məruzədə qeyd olunan məsələlərə xüsusi diqqət verilir. Əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatları yaradaraq əlillərlə bağlı çalışması dəstəklənir. Eyni zamanda, əlillərin yaratdığı, eləcə də əlillərlə bağlı layihələr həyata keçirən təşkilatların fəaliyyətinə maliyyə dəstəyi göstərilir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə hər il əlillərlə bağlı yüzlərlə layihənin həyata keçirilməsi üçün qeyri-hökumət təşkilatlarına dəstək göstərilir”, - deyə Q.Paşayeva bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video