Alternative content

01:36 21 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub YENİLƏNİB
ANA SƏHİFƏ / Səfərlər
18:46 23.01.2019

Yanvarın 23-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerin görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.

Prezident Ueli Maurer dedi ki, İsveçrə iş adamları Azərbaycanda biznes mühiti üçün yaradılan şəraitdən çox razıdırlar. Onlar Azərbaycanda iqtisadi inkişaf və biznes imkanlarının genişləndirilməsi üçün əlverişli şəraitin yaradıldığını bildirirlər. Azərbaycan ilə İsveçrə arasında hava əlaqəsinin açılması da əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev Azərbaycanda infrastruktur sahəsində görülən işlərdən danışdı, respublikamızın beynəlxalq daşımalarda çox mühüm tranzit ölkəyə çevrildiyini dedi. Dövlətimizin başçısı dəmir yolu ilə yüklərin artıq Asiyadan Avropaya Azərbaycan ərazisindən daşınmasına başlandığını qeyd etdi. Prezident İlham Əliyev İsveçrədə istehsal olunan qatarların Azərbaycanda dəmir yolunun yenilənməsinə və inkişafına töhfə verdiyini vurğuladı, bu sahədə əməkdaşlığın uğurla davam etdiyini bildirdi.

Görüşdə SOCAR-ın İsveçrəyə investisiya qoymasının əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olundu.

Prezident İlham Əliyev bildirdi ki, biz Azərbaycanın iqtisadi inkişafına daha çox İsveçrə şirkətinin investor qismində cəlb olunmasında maraqlıyıq. Dövlətimizin başçısı İsveçrə şirkətlərinin Azərbaycan ilə fəal əməkdaşlığı gələcəkdə də davam etdirəcəklərinə əminliyini bildirdi.

Söhbət zamanı qarşılıqlı ticarətin genişləndirilməsinin vacibliyi qeyd olundu. Azərbaycanda alternativ enerjinin istehsalında İsveçrə şirkətlərinin iştirakı məsələlərinə toxunuldu.

Prezident İlham Əliyev Azərbaycanda bu sahədə də geniş işlərin aparıldığını dedi və bu baxımdan İsveçrənin təcrübəsinin ölkəmizdə öyrənilməsinin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanda biznes mühiti üçün yaradılan şəraitin ölkəmizdəki inkişaf proseslərinin beynəlxalq təşkilatlar tərəfindən qeyd olunduğunu və beynəlxalq reytinqlərdə əksini tapdığını vurğuladı.

Görüşdə Azərbaycanda "Holcim” şirkəti tərəfindən sement zavodunun tikintisinin vaxtilə iqtisadi əməkdaşlığın əsasının qoyulmasında böyük rol oynadığı qeyd olundu. Dövlətimizin başçısı sement zavodunun Azərbaycanın iqtisadi inkişafında rolunu qeyd etdi.

Prezident Ueli Maurer bildirdi ki, Azərbaycan ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün İsveçrə tərəfi də konkret addımların atılmasında maraqlıdır.

x x x

Daha sonra Prezident İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin ilə görüşdü.

x x x

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsveçrə Konfederasiyasına səfəri yanvarın 23-də başa çatdı.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM