23 Yanvar 2019 18:43
773
Elm və texnika
A- A+

Saturnda sutkanın neçə saat olduğu ölçülüb


Saturn planetinin dairəsindəki halqaların davranışının müəyyən edilməsi üsulu ilə bu göy cisminin hansı sürətlə fırlandığı müəyyən edilib. Məlum olub ki, bu planetdə bir sutka 10 saat, 33 dəqiqə və 38 saniyədən ibarətdir.

AZƏRTAC "Science” jurnalına istinadla xəbər verir ki, Kaliforniya Universitetinin astronomu Kristofer Mankoviçin rəhbərlik etdiyi tədqiqat qrupu Saturnun Yerə nisbətən iki dəfədən də çox sürətlə fırlandığını kəşf edib. ABŞ-da nəşr olunan "Astrophysical Journal”da dərc olunmuş hesabatda bildirilir ki, təxminən 58 min kilometr radiusu olan Saturnun daha sürətlə fırlanmasının səbəbi onun ölçülərinin Yerdən doqquz dəfə kiçik olmasıdır.

Hesabatda qeyd olunur ki, əvvəllər alimlər Saturnla bağlı bu tədqiqatları "Voyager” kosmik gəmisində yerləşdirilmiş radio dalğalarını ölçən cihaz vasitəsilə aparırdılar. 1980-ci ildən 2000-ci ilədək radiosiqnallar bu gəmidən, daha sonra isə "Cassini” zondundan alınıb. 1993-cü ildə astronomlar Mark Marli və Kerolayn Porko ilk dəfə Saturn planetinin seysmik aktivliyini ölçüblər və müəyyən ediblər ki, onun ətrafındakı nazik halqalar qravitasiyanın gücünün göstəricisidir. Fırlanma zamanı planetdən çıxan qazlar isə halqaların üzərində bulud təbəqəsi yaradır.

Bütün bu məlumatların əsasında NASA 2017-ci ildə kosmosa yeni missiya göndərib. "Cassini” zondundan alınan fotoşəkilləri təhlil edən və siqnalları ölçən Mankoviçin qrupu Saturnun fırlanması zamanı buludların altında halqaların sayını və sürətini ölçə biliblər. Astronom bununla əlaqədar deyib: "Biz bu nəhəng qaz planetinin daha mükəmməl mənzərəsini yarada bildik və halqaların fırlanması barədə müfəssəl məlumat əldə etdik. Sərt top kimi fırlanan bu qaz planeti soğan qabığının qatları kimidir və hər bir qatın özünün fırlanma sürəti var”.

Mankoviçin tədqiqat qrupu hazırda NASA-nın Kaliforniyadakı Moffet bazasında fəaliyyətini davam etdirir. Astronomlar "soğan qabığının” qatlarını öyrənməyə çalışırlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video