23 Yanvar 2019 18:42
400
SİYASƏT
A- A+

Milli Məclisin deputatı Avropada Azərbaycan əleyhinə dezinformasiya yayan siyasətçiləri və KİV-ləri tənqid edib


Təəssüf ki sadəcə KİV-lər, jurnalistlər, sosial şəbəkələr deyil, bəzi siyasətçilər də bir sıra ölkələrlə bağlı dezinformasiyaların, yanlış məlumatların yayılmasında fəal rol oynayırlar. Azərbaycana qarşı bu cür addımların burada dəfələrlə şahidi olmuşuq. Biz hansı ölkəyə yönəlməsinə baxmayaraq, dezinformasiyalara qarşı sərt mübarizə aparmalıyıq. Burada ikili standartlara yol vermək olmaz.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın qış sessiyasında "Kütləvi informasiya vasitələri dezinformasiya və təbliğat kontekstində” və "Media azadlığı demokratik seçkilərin şərti kimi” mövzuları ilə bağlı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü, Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva söyləyib.

Deputat bildirib ki, bu gün mətbuat, söz azadlığı adı altında saxta informasiyalar yayan KİV-lər və jurnalistlərin sayı artır. Bu, çox təhlükəlidir və bu cür halları cəmiyyətə qarşı terror da adlandırmaq olar. Saxta informasiyalara qarşı birgə mübarizə aparılmalıdır, bu istiqamətdə mübarizə tədbirlərini dəstəkləyirik. Azərbaycan bu məsələlərə ciddi önəm verir, dezinformasiyalara qarşı mübarizə aparır və bununla bağlı

beynəlxalq təşəbbüsləri daim dəstəkləyir. Çünki Azərbaycan dezinformasiyalardan ən çox əziyyət çəkən ölkələrdən biridir. Avropanın bir sıra KİV-lərində dəqiq olmayan, yanlış məlumatlar əsasında Azərbaycan saxta informasiya təcavüzünə məruz qalır. Bu dezinformasiyaların əksəriyyəti məqsədli olaraq yayılır. Bir sıra siyasi güclərin, diaspor və lobbilərin, bəzi şirkətlərin maraqları çərçivəsində həyata keçirilən bu dezinformasiyaların məqsədi Azərbaycanın dünyadakı imicinə zərbə vurmaq, təzyiq göstərməkdir. Belə saxta informasiyalar ölkəmizdə olmayan, onu yaxşı tanımayanlarda yanlış fikirlərin formalaşmasına səbəb olur. Bu, bizi ciddi narahat edir. Saxta informasiyalarla fəal mübarizə aparmaq istəyiriksə, onda əvvəlcə təmsil olunduğumuz bu təşkilatdan başlamalıyıq.

Q.Paşayeva deyib ki, terror təşkilatlarının, terroru dəstəkləyən qrupların, radikallığı, nifrəti, islamofobiyanı və antisemitizmi gücləndirən qrupların sosial şəbəkələrdə artan fəallığı da hamımızı ciddi narahat etməlidir. Dezinformasiyalarla mübarizədə bəzi məsələlərdə olduğu kimi, ikili standartlara yol verilərsə, mübarizə səmərəli olmayacaq. Yanlış məlumatlandırma siyasətinin xalqları, ölkələri, dinləri bir-birinə qarşı qoymaq, münaqişələri alovlandırmaq, çaşqınlıq, vahimə, nifrət yaratmaq kimi təhlükələrindən ciddi narahat olmalıyıq. Azərbaycanda VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda önəmli tədbir keçirildi. Bütün üzv ölkələrdə jurnalistlər, siyasətçilər və gənclərin iştirakı ilə bu mövzuda çoxlu sayda tədbirlərin, müzakirələrin keçirilməsi, cəmiyyətlərin bu mövzularda geniş maarifləndirilməsi kimi tədbirlərin artmasına ciddi ehtiyac var.

"Müasir dünyada yanlış xəbərlərin dövlətlər və cəmiyyətlər üçün ciddi təhlükəyə çevrilməsi hamımızı ciddi narahat etməlidir. Yanlış xəbərlər insanlara, sosial qruplara, təşkilatlara və ölkələrə ciddi ziyan vurur və fəaliyyətlərinə təhlükə yaradır. Xüsusilə də belə xəbərlərin qloballaşması və onların kommersiya məqsədilə istifadəsi olduqca təhlükəlidir. Bu gün əksər hallarda yanlış xəbərlərdən siyasi kampaniyalar üçün alət kimi istifadə olunur. İnsanlar "dezinformasiya hücumu”na məruz qalırlar. Təhlükəli dezinformasiya meyillərindən yaxa qurtarmaq üçün dəqiq siyasət hazırlanıb həyata keçirilməlidir. Bu mübarizədə hər birimiz fəal iştirak etməliyik. Yanlış xəbərlərin yayılmasının qarşısının alınması, onlara qarşı mübarizədə ənənəvi KİV-lərin, informasiya agentliklərinin üzərinə mühüm vəzifələr düşür. Hər bir xəbər ciddi şəkildə yoxlanılmalıdır. İnformasiyanın dəqiqliyini yoxlamaq jurnalistin borcudur. Saxta xəbərlərlə mübarizədə, onların yayılmasının aradan qaldırılmasında dünyanın aparıcı KİV-ləri daha sıx əməkdaşlıq etməlidir. Sosial şəbəkələrin geniş yayıldığı indiki dövrdə dezinformasiyalara qarşı mübarizə aparmaq olduqca çətindir. Ona görə də bu istiqamətdə səylərimizin birləşdirilməsinə ciddi ehtiyac var”, - deyə Q.Paşayeva Avropa ölkələrində Azərbaycan əleyhinə dezinformasiya yayan KİV və siyasətçiləri, eləcə də AŞPA-da bu cür addımlar atan siyasətçiləri kəskin tənqid edib və dezinformasiyalarla mübarizədə ikili standartlara son qoyulmasına çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video