23 Yanvar 2019 12:21
484
CƏMİYYƏT
A- A+

Cinayətkarlığa qarşı qətiyyətli tədbirlər davam etdirilir


Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində mühüm işlər görülüb, qanunçuluğa, nizam-intizama ciddi riayət edilib, əməliyyat şəraiti və kriminogen durum tam nəzarətdə saxlanılıb.

AZƏRTAC xəbər verir ki, ötən il rayon ərazisində 239 cinayət hadisəsi qeydə alınıb. Həyata keçirilmiş uğurlu əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 225 cinayət hadisəsinin açılması təmin olunub. Baş vermiş cinayətlərin 25-i ağır və ya xüsusilə ağır cinayətlər olub, onların da üstünün açılması 88 faiz təşkil edib.

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi istiqamətində qətiyyətli tədbirlər həyata keçirilib. 2018-ci il ərzində 83 fakt aşkar edilib, onlardan 16-sı satış, 63-ü saxlama, 4-ü əkin olub. Həmçinin "Xaş-Xaş-2018” şərti adlı tədbirlər planının icrası ilə əlaqədar rayon ərazisində ümumilikdə 2 ton 237 kiloqram olmaqla 4288 ədəd yabanı halda bitmiş çətənə kolu aşkar olunaraq yandırılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 31 nəfərdən ibarət 13 cinayətkar qrup ifşa edilib, keçmiş illərdən bağlı 10 cinayət hadisəsi açılıb. Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində mənzillərdən silsilə oğurluq edərək vətəndaşlara külli miqdarda ziyan vurmuş "Cəfəri” dini təriqətinə mənsub 3 nəfərlik qrup üzvləri saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. Həmçinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən əhalidə qanunsuz saxlanılan döyüş sursatlarının yığılması istiqamətində keçirilmiş tədbirlər zamanı 1 ədəd 5.45 kalibrli "AKS-74 U” markalı avtomat silah, 1 ədəd sandıq və 16 ədəd 7.62 kalibrli avtomat patronlar da aşkar edilərək götürülüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video