22 Yanvar 2019 16:11
477
CƏMİYYƏT
A- A+

Hesablama Palatası Ağcabədi Regional Mədəniyyət İdarəsinin fəaliyyətində nöqsanlar aşkarlayıb


Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq Ağcabədi Regional İdarəsi üzrə 2017-2018-ci illərdə büdcə vəsaitlərinin icrasının vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı təsdiqləyib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, audit 2017-2018-ci illər üzrə 13 milyon 563,4 min manat vəsaiti əhatə edib.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin bazasında Mədəniyyət Nazirliyinin yaradılması ilə əlaqədar Regional İdarənin Əsasnaməsində müvafiq dəyişiklik edilməyib, nazirliyin 1993-cü il iyunun 30-da təsdiq etdiyi "7 (8) illik uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin inzibati və xidmətedici heyətinin nümunəvi ştatı"nın tələblərinə əməl edilməyərək artıq ştat vahidləri saxlanılıb.

Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli "Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların)" məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" Qərarının tələblərinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2011-ci il 17 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş "Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nın tələblərinə əməl edilməyərək artıq əməkhaqqı ödənilib, "Uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üzrə tədris planları"nın tələblərinə əməl edilməyərək artıq dərs saatları tarifləşdirilib, keçirilməyən dərslərə, sanatoriyada və xaricdə olan işçilərə əməkhaqqı ödənilib, yerinə yetirilməyən cari təmir işlərinə görə vəsait ödənilib, "Azərbaycan Respublikası vahid büdcə təsnifatı"nın tələblərinə bir sıra hallarda əməl edilməyərək təyinatdankənar vəsait xərclənib.

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun, "Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat"ın tələblərinə riayət edilməyərək məbləğ məhdudiyyətinin aradan qaldırılması məqsədilə vəsait ayrı-ayrı müqavilələrə bölünüb, satınalma keçirilmədən vəsait xərclənib, satınalma prosedurları haqqında məlumatların göstərildiyi hesabat tərtib edilməyib, ehtimal olunan qiymətlər düzgün müəyyənləşdirilmədiyindən alınmış mallara (işlərə və xidmətlərə) görə artıq xərcə, müəssisənin funksional fəaliyyətinə uyğun olmayan mallar alınmaqla səmərəsiz xərcə yol verilib, müqavilə şərtlərinə əməl olunmayaraq müqavilədə nəzərdə tutulmayan mal-material qiymətlilərinin alışı həyata keçirilib, təsdiq olunmuş müqavilə qiymətləri gözlənilməyərək artıq büdcə vəsaiti xərclənib, bağlanmış satınalma müqavilələri barədə məlumatları dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilməyib.

İdarənin nəzdində fəaliyyət göstərən bir sıra kənd klublarının, kitabxanaların və kənd mədəniyyət evlərinin fəaliyyət göstərməsi üçün müvafiq şərait yaradılmayıb, maliyyə hesabatları bəzi hallarda "Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat"ın tələblərinə uyğun tərtib edilməyib, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri müvafiq illik maliyyə hesabatlarında düzgün əks etdirilməyib, əvəzsiz olaraq təhvil alınmış inventar, avadanlıqlar və kitabxana fondu uçota alınmayıb, "Torpaq, tikili, avadanlıq və digər uzunmüddətli aktivlər"in balansdan-balansa əvəzsiz keçirilməsi əməliyyatlarına mühasibat yazılışı düzgün verilməyib, aktivlər üzrə əvvəlki dövrlərdə hesablanmış amortizasiya xərci düzgün olmayaraq gəlirlər kimi uçota alınıb.

Hesablama Palatasının kollegiyası auditin nəticələrini müzakirə edərək qərar qəbul edib, müəyyən olunmuş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada zəruri tədbirlərin görülməsi və görülmüş bütün tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Ağcabədi Regional Mədəniyyət İdarəsinə və Mədəniyyət Nazirliyinə kollegiya qərarının və auditor hesabatının surəti göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video