22 Yanvar 2019 15:42
374
SİYASƏT
A- A+

Professor Akkan Suver: Qorbaçovun 20 Yanvar faciəsi barədə etirafı heç nəyi dəyişmir


Türkiyənin çoxtirajlı "Gözləm” qəzeti Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin 20 Yanvar faciəsi ilə bağlı məqaləsini dərc edib.

AZƏRTAC xəbər verir ki, keçmiş SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçovun "Bakıda fövqəladə vəziyyət elan etmək və şəhərə qoşun yeritmək siyasi həyatımın ən böyük səhvidir” fikrini oxuculara xatırladan müəllif yazır ki, bu adi etiraf heç nəyi dəyişmir. Çünki bu düşmənçilik Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə nəticələnib.

Təcavüzkar Ermənistan ordusunun Azərbaycanın işğal altında olan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən qərar və qətnamələrin qəbul edildiyini diqqətə çatdıran müəllif bildirir ki, ağır nəticələrlə başa çatan faciələr və işğal faktının aradan qaldırılmaması təkcə Azərbaycana və türk dünyasına yox, bütün sülhsevər bəşəriyyətə hörmətsizlikdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video