22 Yanvar 2019 00:58
727
İQTİSADİYYAT
A- A+

Azərbaycan sürətlə qeyri-neft sənaye ölkəsinə çevrilir


Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında iqtisadiyyatın müxtəlif sahələrində qazanılan nəticələri yüksək qiymətləndirərək qeyd etmişdir ki, qeyri-neft sektorunda və sənayeləşmədə əldə edilən nailiyyətlər xüsusən diqqətəlayiqdir.

Dövlət başçısı ölkədə sənayeləşmə sahəsində aparılan islahatlar və investisiya təşviqi mexanizmi haqqında demişdir: "İnvestisiya təşviqi mexanizminin işə düşməsi də çox ciddi islahat idi. Bu proqram 333 layihəni əhatə edir. Onlardan 107-si 2018-ci ildə icra edilib.

İnvestisiya təşviqi proqramı çərçivəsində həyata keçirilən layihələrin dəyəri 2,8 milyard manatdır. Bu layihələrin icrası nəticəsində 12 min iş yeri yaradılıb. İndi baxın, əgər biz bu mexanizmə keçməsəydik, bunu təsdiq etməsəydik, ölkə iqtisadiyyatına 2,8 milyard manat qoyulmayacaqdı”.

Aparılan sənayeləşmə siyasətinin uğurlu tərəflərindən biri ölkənin bütün ərazilərini əhatə etməsidir. Bu, həm də hərtərəfli inkişafın təminatı deməkdir. Yəni ilk illər sənaye parkları Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərirdisə, indi regionlarda da bu cür müəssisələr yaradılır. Belə yanaşma həm ölkənin ümumi inkişafını, həm də regionda yaşayan əhalinin məşğulluğunu təmin edir. Digər tərəfdən, regionlarda istehsal olunan xammal potensialından istifadə olunur.

Yeri gəlmişkən qeyd edək ki, indiyədək ölkənin sənaye parklarında 67 rezident qeydiyyatdan keçib və artıq onlardan 40-ı fəaliyyət göstərir. Sənaye parklarında həyata keçirilən layihələrə nəzərdə tutulan sərmayə 5 milyard manatdan çoxdur. Bu layihələr nəticəsində 11 min yeni iş yeri yaradılıb. Cari ildə də sənaye zonalarının yaradılması nəzərdə tutulub.

Ümumiyyətlə, ölkənin sənayeləşməsi siyasəti son 15 ildə həyata keçirilən iqtisadi islahatların əsas hədəflərindən olmuşdur. Bu hədəflər sırasında öndə olanı qeyri-neft sənayesinin inkişafıdır. Odur ki, Azərbaycanın sənayeləşməsindən danışarkən əsasən qeyri-neft sənayesi nəzərdə tutulur. Bu istiqamətdə atılan addımlar sayəsində sözügedən sektorda məhsul istehsalı ildən-ilə artır. İndi biz bir sıra qeyri-neft sənaye məhsulları ilə daxili tələbatı ödəməklə yanaşı, onları ixrac da edirik.

Azərbaycanda kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşmış sənaye və texnologiyalar parkları fəaliyyət göstərir. Hazırda sənaye parklarında fəaliyyət göstərən müəssisələrdə tanker və gəmilər, elektron təhsil avadanlıqları, metal konstruksiyalar, maşınqayırma avadanlıqları, polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar, polipropilen, pesitisidlər, müxtəlif növ sürtkü yağları, xortum və fitinik birləşmələri, kabellər, polimer məmulatlar, texniki qazlar, alüminium və plastik profillər, pambıq iplikləri və s. istehsal edilir.

Qısa müddət ərzində sənaye parklarının yaradılmasında qazanılan uğurlar təsadüfi deyil. Bunun üçün dövlət hesabına sənaye parklarının rezidentləri üçün əlverişli infrastruktur yaradılır, rezidentlər qeydiyyata alındıqları gündən 7 il müddətinə mənfəət, əmlak və torpaq, həmçinin parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergilərindən, eyni zamanda gömrük rüsumundan azad olunurlar. Sənaye parklarında rezidentlərin qeydiyyatı da "bir pəncərə” sistemi ilə həyata keçirilir. Bu da sahibkarların daha operativ və rahat fəaliyyət göstərmələrinə imkan yaradır.

Sənaye parkları ilə yanaşı, sənaye məhəllələrinin yaradılması istiqamətində həyata keçirilən islahatlar da uğurla davam etdirilir. Sənaye məhəllələri regionlarda kiçik və orta sahibkarlığın inkişafına, eləcə də yerli ehtiyatlardan səmərəli istifadə etməklə yeni sənaye sahələrinin yaradılmasına imkan verir. Hazırda bir neçə rayonda belə məhəllələr fəaliyyət göstərir. Təkcə yaxın zamanda istifadəyə veriləcək Hacıqabul Sənaye Məhəlləsində ümumi dəyəri 44 milyon manat olan 7 layihənin icrası nəticəsində 870-dən çox yeni iş yerinin yaradılması gözlənilir. Məhəllədə ağır maşınqayırma, xüsusi vaqonqayırma və kompozit materialları, plastik su qabları, tara, eləcə də avtomobil, tikinti materialları avadanlıqlarının istehsalı sahələri fəaliyyət göstərəcək. Sabirabad Sənaye Məhəlləsində də tikinti işləri cari ildə başa çatacaq. Burada yun tədarükü, tikinti materiallarının, orqanik gübrələrin, müxtəlif avadanlıqların əyləc sistemlərinin istehsalı, kənd təsərrüfatı məhsullarının və işlənmiş təkərlərin emalı sahələri üzrə müəssisələr yaradılacaq.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video