22 Yanvar 2019 00:53
357
SİYASƏT
A- A+

ISESCO ilk dəfə olaraq 20 Yanvar hadisələrini pisləyən bəyanat yayıb


İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) ilk dəfə olaraq 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda insanlığa qarşı törədilmiş cinayətin - 20 Yanvar hadisələrinin Azərbaycan xalqının acısına şərik çıxan ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri tərəfindən pislənildiyi qeyd olunur.

Həmçinin dünya ictimaiyyətinə və beynəlxalq insan haqları təşkilatlarına faciəyə hüquqi qiymətin verilməsinə, bu cinayəti törətmiş şəxslərin beynəlxalq hüquqa uyğun olaraq cəzalandırılmasına çağırış edilib. Eyni zamanda, bəyanatda baş direktor Əbdüləziz bin Osman əl-Tuveycri tərəfindən dünyanın bu vacib regionunda sülhün və təhlükəsizliyin bərqərar olması üçün beynəlxalq ictimaiyyətə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal geri çəkilməsinə məcbur edilməsinə dair müraciətin ünvanladığı da vurğulanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video