22 Yanvar 2019 00:53
396
SİYASƏT
A- A+

Qriqori TROFİMÇUK: “20 Yanvar hadisələrinə təkcə azərbaycanlılar deyil, ruslar da qiymət verməlidir”


1990-cı ilin 20 yanvarı suveren Azərbaycanın tarixində əsas günlərdən biridir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Moskvadakı səfirliyində 20 Yanvar qurbanlarının xatirəsinə həsr olunan tədbirdə rusiyalı politoloq, publisist Qriqori Trofimçuk bildirib.

"Qara Yanvar xronoloji baxımdan Tbilisi və Vilnüs hadisələrinin arasında baş verib. Bütün bunlar eyni zəncirin halqalarıdır və bütövlükdə o vaxt hakimiyyətdə hökm sürən cinayətkarcasına məsuliyyətsizlikdən xəbər verir. Hamımızın yadındadır ki, Bakıda, Tbilisidə, Vilnüsdə nə baş verir sualına Mixail Qorbaçov necə cavab verirdi. O, hər dəfə eyni sözü deyirdi: "Mənim xəbərim yoxdur, öyrənmək lazımdır, komissiya yaratmaq lazımdır” və s. Buna görə də məsuliyyət kimi məsələni həll etmək vacibdir və Sovet İttifaqının ozamankı rəhbərliyinin cinayətkar fəaliyyətsizliyini rəsmi əsasda, hüquqi rejimdə qiymətləndirmək lazımdır. Bu qiyməti təkcə azərbaycanlılar deyil, ruslar da verməlidir”, - deyə o bildirib.

Politoloq 1990-cı il 20 Yanvar hadisələrinin Azərbaycanın gələcək tarixində əhəmiyyətini qeyd edərək deyib: "Mən özümün "Əlifba: Azərbaycanı kəşf edərkən” adlı kitabımda yazmışam ki, Mixail Qorbaçov Azərbaycan üçün ikinci Hitlerdir. Mən bu kitab üzərində işləməyə başlamazdan əvvəl Şəhidlər xiyabanını ziyarət etmişəm, əlimi şəhidlərin başdaşlarına sürtmüşəm. Məndə elə bir hiss var idi ki, sanki onlar o günlərin faciəli enerjisini özlərində saxlayırlar”.

Q.Trofimçuk qeyd edib ki, 20 Yanvar Azərbaycan tarixində bir qara daşdır. "Lakin Azərbaycanın yeni dövlətçiliyinin bünövrəsində təkcə qara deyil, ağ daşlar da qoyulub. Azərbaycan tarixində mühüm hadisələrdən biri də Heydər Əliyevin ölkədə xaosu aradan qaldırmaq məsuliyyətini öz üzərinə götürməsi oldu. İndi Azərbaycan gələcəyə doğru inamla irəliləyir və uğurlar qazanır”, - deyə politoloq vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video