22 Yanvar 2019 00:51
680
İQTİSADİYYAT
A- A+

Neft sektorunda milliləşdirmə proqramının müəyyən etdiyi hədəfə nail olunub


Ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərdə işçilərin 90 faizi Azərbaycan vətəndaşlarıdır


Azərbaycanın neft-qaz sənayesində Milliləşdirmə Proqramının qəbul edildiyi vaxtdan 5 il keçir. Məlum olduğu kimi, 2013-cü ildə Prezident İlham Əliyevin tapşırığı ilə neft-qaz sənayesinin işçi heyətinin milliləşdirilməsi, eləcə də həmin sektorda bilik, bacarıq və səriştəlilik bazasının yaradılması prioritet kimi müəyyən edilib. Ötən dövr ərzində bu istiqamətdə məqsədyönlü iş aparılıb və uğurlu nəticələr əldə olunub.

Hazırda Azərbaycanda beynəlxalq neft-qaz layihələrinin həyata keçirildiyi obyektlərdə, həmçinin tərəfdaş şirkətlərin Bakıdakı ofislərində çalışanların əksəriyyəti yerli sakinlərdir. Bu layihələrin ilk mərhələlərində işçilərin cəmi 10 faizi ölkəmizin vətəndaşları, 90 faizi isə əcnəbilər idi. İllər keçdikcə nisbət dəyişməyə başladı və indi artıq Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin işçilərinin 90 faizi ölkəmizin vətəndaşlarıdır.

SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ilə ölkəmizdə həyata keçirilən ən iri neft-qaz və ixrac layihələrinin operatoru olan BP şirkəti arasında 2013-cü il noyabrın 14-də imzalanmış 5 illik (2014-2018-ci illər) "Milliləşdirmə sahəsində əməkdaşlığa dair” protokol sözügedən sektorda çalışan əcnəbilərin yerli vətəndaşlarla əvəz olunması işinə yeni təkan verib. 2014-cü il fevralın 11-də SOCAR ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin imzaladıqları əməkdaşlıq haqqında memorandum da milliləşdirmə istiqamətində aparılan işlərin daha səmərəli olmasına yönəldilib.

Milliləşdirmə sahəsində həyata keçirilən tədbirlərin effektivliyinin artırılması üçün təkliflərin hazırlanması və işlərin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin 14 mart 2016-ci il tarixli qərarı ilə SOCAR əmək miqrasiyası kvotasının müəyyən edilməsi üzrə komissiyaya üzv qəbul edilib.

Milliləşdirmə Proqramının 5 illiyi münasibətilə bu yaxınlarda keçirilmiş tədbirdə SOCAR tərəfindən bəyan edilib ki, Azərbaycanda fəaliyyət göstərən neft-qaz təmayüllü şirkətlərdə milliləşdirmə öhdəliklərinin yerinə yetirilməsi göstəriciləri yüksəkdir. Məsələn, belə bir fakt səsləndirilib ki, BP Azərbaycan şirkətində 2005-ci ildə milliləşdirilmiş işçilər 58 faiz, 2013-cü ildə 77 faiz, 2017-ci ildə 89 faiz olub. 2018-ci ilin sonuna isə 90 faiz təşkil edib.

Bu, BP-dən aldığımız məlumatda da öz əksini tapıb. Məlumatda bildirilir ki, 2018-ci ilin üçüncü rübünün sonuna şirkətin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2557 nəfər olub. Buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Beləliklə, şirkətin ixtisaslı işçilərinin 90 faizini Azərbaycan vətəndaşları təşkil edir və onların çoxu rəhbər vəzifədə çalışır.

Şirkət öz yerli işçilərinin inkişafına dəstək verməklə ixtisas tələb olunan vəzifələrin əksəriyyətində onların xarici vətəndaşları əvəz etməsinə imkan yaradıb. İxtisas tələb olunmayan işlərdə çalışanların isə hamısı yerli vətəndaşlardır.

Xatırladaq ki, son vaxtlar ən genişmiqyaslı işlər "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində və "Cənub qaz dəhlizi”nin tərkib hissəsi olan Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi sahələrində aparılıb. "Şahdəniz-2” layihəsinə aid işlər bir neçə obyektdə icra olunub. Bunlar əsasən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu (BDÖZ) və Bibiheybətdəki "AMEK-Tekfen-Azfen” (ATA) tikinti-quraşdırma sahəsidir. "Şahdəniz-2”dən hasil edilən təbii qazı qəbul etmək üçün Səngəçal terminalında da müəyyən genişləndirmə işləri görülüb, yeni avadanlıqlar quraşdırılıb. Dənizdə də bir sıra işlər həyata keçirilib.

Bütün bu sahələrdə minlərlə insan öz məşğulluq problemini həll edib. İşçilərin əksəriyyəti də azərbaycanlılar olub. Ümumilikdə "Şahdəniz-2” və CQBK-nın genişləndirilməsi üzrə tikintinin ən qızğın vaxtlarında ölkəmizdə 24 min nəfərdən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunub ki, onların da əksəriyyəti, qeyd edildiyi kimi, Azərbaycan vətəndaşlarıdır.

SOCAR-ın yaydığı məlumata görə, Azərbaycanın neft və qaz sənayesinin ən böyük yeni layihəsi olan "Şahdəniz-2”nin hazırkı mərhələsi üzrə milliləşdirmə hədəfi mühəndis-texniki işçilər üçün 30-50 faiz, fəhlə heyəti üçün 70 faizdir. Lakin bu hədd çoxdan arxada qalıb. Hazırda layihə çərçivəsində ümumi işçi heyətinin 91 faizi yerli kadrlardan komplektləşdirilib.

Bütün bunlar ölkəmizin neft-qaz sektorunda yaxın gələcəkdə daha çox yerli kadrların - mütəxəssislərin, rəhbər işçilərin, ixtisaslı fəhlə və texniklərin çalışacağından xəbər verir.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video