22 Yanvar 2019 00:51
363
İQTİSADİYYAT
A- A+

Perspektiv bloklarda işlər davam edir


Azərbaycanda ən iri neft-qaz və ixrac layihələrinin operatoru olan BP şirkəti perspektiv sahələrdə geoloji kəşfiyyat işlərini davam etdirir. Abşeron yarımadasının dayazsulu hissəsi üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) ərazisindən əldə edilmiş üçölçülü məlumatların interpretasiyası və emalının başa çatmasından bir ildən çox vaxt keçir.

Bu müddətdə SOCAR-la Perspektivlik haqqında Bildiriş imzalanmaqla BP-nin Abşeron yarımadasının dayazsulu hissəsində 3 perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi müəyyən edilib. Seçilmiş perspektiv ərazilərdə kəşfiyyat quyularının qazılması üçün planlaşdırma işləri davam edir.

2018-ci ilin aprel ayında "D230” blokunun birgə kəşfiyyatı və işlənməsi haqqında yeni HPBS imzalandıqdan sonra seysmik tədqiqat proqramı üçün planlar hazırlanmağa başlanıb. Sazişin Milli Məclis tərəfindən ratifikasiya edilməsindən asılı olaraq müqavilə sahəsində ilk seysmik tədqiqatın bu il ərzində aparılması nəzərdə tutulur.

"Şəfəq-Asiman” blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri də davam etməkdədir.

BP bir müddət əvvəl Azərbaycanda mövcud "Qobustan” Hasilatın Pay Bölgüsü Sazişində 61 faiz iştirak payı əldə edib. Şirkət həmin müqavilə sahəsində daha dərin layların potensialını qiymətləndirmək məqsədilə bir geoloji kəşfiyyat quyusu qazacaq və həmin əməliyyatların operatoru olacaq. Quyunun cari ilin ikinci yarısında qazılması gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video