22 Yanvar 2019 00:50
459
İQTİSADİYYAT
A- A+

Bu il qurudakı yataqlar 7,4 milyon barelə yaxın neft verəcək


Cari ildə Azərbaycanın qurudakı yataqlarından 7,399 milyon barel neft hasilatı planlaşdırılır.

Bu barədə Hesablama Palatasının hazırladığı "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il üçün büdcə layihəsi üzrə Rəy”də məlumat verilib.

Hasilatın ən çox "Balaxanı” yatağında əldə olunacağı proqnozlaşdırılır. 2019-cu ildə bu neft mədənindən ildə 1,590 milyon barel hasilat nəzərdə tutulub. 2017-ci ildə burada hasilat 1,7 milyon barel, 2018-ci ilin proqnozunda isə 1,78 milyon barel təşkil edib.

Bu il "Zığ-Hövsan-Abşeron” yatağında 0,546 milyon barel, "Qarasu” yatağında 0,714 milyon barel, "Suraxanı” yatağında 1,190 milyon barel neft çıxarılacağı gözlənilir. Bu yataqlarda 2019-cu il üzrə proqnoz keçən ilin proqnozu ilə eynidir.

Cari ildə "Neftçala” yatağı və "Muradxanlı-Cəfərli-Zərdab” blokunda hasilatın artacağı proqnozlaşdırılır. "Neftçala” yatağında 0,235 milyon barel neft hasilatı nəzərdə tutulur ki, bu da 2018-ci ilin proqnozundan 1,7 faiz çoxdur. "Muradxanlı-Cəfərli-Zərdab” blokunda isə hasilatın 1,67 faiz artaraq 0,122 milyon barelə çatacağı gözlənilir.

"Binəqədi”, "Şirvan”, "Kürsəngi-Qarabağlı” yataqlarında hasilat ötən ilə nisbətən az olsa da, ahəngdar şəkildə davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video