22 Yanvar 2019 00:49
524
İQTİSADİYYAT
A- A+

Sualtı kəmərlər Səngəçalda birləşir


Xəzərin qoynundakı "Azəri-Çıraq-Günəşli” və "Şahdəniz” yataqlarından hasil olunan karbohidrogenlər sualtı kəmərlər vasitəsilə Səngəçal terminalına çatdırılır. Azərbaycan neftinin və qazının dünya bazarlarına yolu da oradan başlanır.

Ötən il sözügedən yataqlardan neft, qaz və kondensatın sualtı borularla terminala göndərilməsi ahəngdar şəkildə davam edib. Üç rüb ərzində Səngəçaldan 211 milyon bareldən çox neft və kondensat ixrac olunub. Onun təqribən 189 milyon bareldən çoxu Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə, 21 milyon bareldən çoxu Qərb İxrac Boru Kəmərinə və 1,2 milyon barelə yaxın kondensat ixrac kəmərinə vurulub.

Qaz isə Səngəçaldan əsasən Cənubi Qafqaz Boru Kəməri və terminalın emal obyektlərini "Azəriqaz”ın qazpaylama şəbəkəsi ilə birləşdirən, SOCAR-a məxsus olan kəmərlə nəql edilir.

Xatırladaq ki, keçən il "Cənub qaz dəhlizi”nə daxil olan bütün layihələrdə uğurlar əldə edilib. O cümlədən, bir sıra ciddi istismar sınaqları və təhvilvermə əməliyyatlarından sonra "Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələri gerçəkləşib. Mayın 29-da Səngəçal terminalında keçirilmiş "Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasimi ilə dəhlizin bu iki mühüm seqmenti istismar mərhələsinə daxil olub. İyunun 30-da "Şahdəniz-2” layihəsindən planauyğun şəkildə Türkiyəyə ilk kommersiya məqsədli daşımalar başlanıb. "Şahdəniz- 2” layihəsi cədvələ uyğun həyata keçirilir.

İyulun 30-da isə yatağın şimal cinahındakı quyudan - "Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunub. Bu, büdcədə nəzərdə tutulduğundan ucuz, eləcə də qrafiki qabaqlayaraq həyata keçirildiyi üçün mühüm nailiyyət hesab olunur. Hazırda "Şahdəniz Bravo” qurğularından Səngəçal terminalına fasiləsiz olaraq qaz və kondensat ixrac edilir.

Ümumilikdə ötən ilin 9 ayı ərzində terminaldan istehlakçılara gündə orta hesabla 28,4 milyon standart kubmetr (1003 milyon standart kubfutdan çox) "Şahdəniz” qazı yola salınıb.

AÇG-dən səmt qazının daxil olması da davam edir. Keçən ilin ilk üç rübündə Səngəçal terminalı, həmçinin Neft Daşlarındakı qurğu vasitəsilə SOCAR-a gündə orta hesabla 6,6 milyon kubmetr, ümumilikdə isə 1,8 milyard kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Qeyd edək ki, hazırda Səngəçal terminalının texniki emal sistemlərinin gündəlik gücü 1,2 milyon barel neft və "Şahdəniz” qazı üçün təqribən 55 milyon standart kubmetrdir. Gündəlik ümumi qaz emalı və ixracı gücü isə (AÇG-nin səmt qazı da daxil olmaqla) gündə təqribən 75 milyon standart kubmetr təşkil edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video