Alternative content

01:47 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
00:20 20.07.2019 Bu da 60
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “AzerTelecom” “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlığa başlayıb
“AzerTelecom” “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlığa başlayıb
ANA SƏHİFƏ / ELANLAR
00:45 22.01.2019


Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi "AzerTelecom” şirkəti Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirəcək "Azerbaijan Digital Hub” layihəsinin həyata keçirilməsinə başlayıb.

Bu istiqamətdə ilk olaraq, əsas səhmdarı Bakcell şirkəti olan "AzerTelecom” və "Azərbaycan Dəmir Yolları” QSC arasında mövcud dəmir yollarının qorunma zolağı boyunca dayanıqlı magistral fiber-optik kabel xətlərinin çəkilməsinə dair müvafiq sənədlər imzalanıb və layihənin icrasına başlanılıb. Bununla bağlı zəruri olan investisiyalar da yatırılıb.

Dəmir yolları boyunca dayanıqlı fiber-optik magistral infrastrukturun qurulması Azərbaycanın hazırda sahib olduğu Nəqliyyat və Enerji dəhlizləri statusu ilə yanaşı, ən qısa perspektivdə ölkənin Regionun Rəqəmsal Mərkəzinə (Azerbaijan Digital Hub) çevrilməsinə imkan verəcək. Layihə "AzerTelecom” tərəfdən həmçinin "Azərbaycan Dəmir Yolları” QSC-nin Azərbaycanın Nəqliyyat Habına çevrilməsi layihəsi çərçivəsində aparılır.

Dəmir yolları boyunca magistral fiber-optik kabel xətlərinin çəkilişi ölkənin rəqəmsal infrastrukturunun güclənməsinə, ölkə boyu yeni davamlı infrastrukturun formalaşmasına və qonşu dövlətlər olan Rusiya, Gürcüstan, Türkiyə və İran ilə dayanıqlı genişzolaqlı fiber-optik kabel bağlantılarının formalaşması və bu infrastrukturların ölkəmizdə kəsişməsinə, eləcə də ölkədə telekommunikasiya sektorunun inkişafına mühüm təkan verəcək.

Layihə çərçivəsində magistral internet kabel xətlərinin çəkilməsi və istifadəyə verilməsinin ilkin fazasının reallaşması bu il ərzində nəzərdə tutulub. Bu layihənin icrası Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində olan müxtəlif beynəlxalq telekom operatorlarının infrastrukturlarının ölkəmizdə kəsişməsinə gətirib çıxaracaq. Layihənin reallaşması həmçinin "Azərbaycan Dəmir Yolları” QSC-nin də infrastrukturunun güclənməsinə, həmin infrastruktur boyunca yeni texnologiyaların tətbiqinə, ümumilikdə isə rəqəmsallaşmaya xidmət edəcək ki, bu da dayanıqlı xidmətlər verməsinə töhfə verəcək.

Dəmir yolları boyunca magistral fiber-optik kabel xətlərinin çəkilişi "AzerTelecom” şirkətinin həyata keçirdiyi "Azerbaijan Digital Hub” layihəsinin komponentlərindən biridir. "Azerbaijan Digital Hub” layihəsi çərçivəsində Azərbaycanın gələcəkdə Cənubi Qafqaz, Yaxın Şərq, Orta Asiya və Cənub Asiya ölkələrini əhatə edən böyük bir regionun Rəqamsal Mərkəzinə çevrilməsi hədəflənir. Qurulacaq Rəqəmsal Mərkəz perspektivdə bu regionlarda yaşayan 1.8 milyard əhalinin (dünya əhalisinin 1/4-i) müxtəlif rəqəmsal xidmətlərlə daha yaxşı təmin edilməsinə şərait yaradacaq.

"Azerbaijan Digital Hub” layihəsinin icrası nəticəsində Azərbaycanın telekommunikasiya ekosistemi ən qabaqcıl dünya standartları səviyyəsinə qalxacaq, ölkənin internet alışında xarici ölkələrdən asılılığı minimuma endiriləcək, perspektivdə isə Azərbaycan regionda İnternetin satışında mərkəzi ölkəyə çevrilərək, rəqəmsal xidmətlər idxal edən tərəfdən bu xidmətləri istehsal və qonşu regionlara ixrac edən ölkəyə transformasiya olunacaq. Beləliklə, dünyanın İnternet xəritəsinə London, Frankfurt, Sofiya, İstanbul, Moskva, Amsterdam, Dubay ilə yanaşı, Bakı da əlavə olunacaq. Layihə ümumilikdə Azərbaycanda yeni iş yerlərinin açılmasına, ölkəyə valyuta axınına, iqtisadiyyatın rəqəmsallaşmasına və inkişafına töhfə verəcək.

"AzerTelecom” Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkətidir. "AzerTelecom” ölkənin bütün əsas region və şəhərlərini əhatə edən şaxələnmiş və dayanıqlı fiber-optik kabel şəbəkəsinə sahibdir. "AzerTelecom” şirkətinin beynəlxalq şəbəkəsi isə dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir. Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil şəbəkələrdə nəqletmə, beynəlxalq tranzit, DDoS hücumdan müdafiə, VPN, Data Mərkəz xidmətləri, SİP telefoniya və digər telekommunikasiya xidmətləri təqdim edir.

"Azərbaycan”