21 Yanvar 2019 22:05
337
SİYASƏT
A- A+

Azərbaycanlı deputat: Ermənistanın gələcək inkişafı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından asılıdır


Hər bir ölkədə keçirilən seçkilər həmin dövlət, eləcə də ona qonşu ölkələr üçün ciddi hadisədir. Region dövlətləri olaraq Gürcüstan və Ermənistandakı vəziyyət Azərbaycan üçün çox önəmlidir. Gürcüstanda ilk qadın prezidentin seçilməsi münasibətilə gürcü həmkarlarımı təbrik edirəm.

Bu fikri AŞPA-nın qış sessiyasında Büro və Daimi Komitənın fəaliyyətinə dair hesabatla bağlı müzakirələr zamanı qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bildirib.

O deyib ki, Ermənistanda keçirilmiş parlament seçkiləri bu ölkədəki vəziyyət haqqında düşünmək və müzakirə aparmaq üçün ciddi əsaslar verir. Assambleyada Ermənistandakı seçkilər və demokratiyanın vəziyyəti dəfələrlə müzakirə olunub, lakin çox nadir hallarda tənqidi fikirlər səsləndirilib. Buna baxmayaraq, burada bəzi deputatların Ermənistanın keçmiş rəhbərliyini cidd-cəhdlə müdafiə etməsinin şahidi olmuşuq. Nəhayət, Ermənistan əhalisinin mövqeyi üstün gəldi və bütün dünya Ermənistanda 20 il davam edən vəziyyəti gördü: Serj Sarkisyan hakimiyyəti ölkəni siyasi və iqtisadi böhran həddinə gətirib çıxarmışdı. Assambleyada alqışlarla qarşılanan Serj Sarkisyan azərbaycanlıların Xocalıdakı qətliamında iştirakını açıq şəkildə və fəxrlə elan edirdi. Artıq Ermənistan əhalisi cinayətkar rejimdən xilas olub və ümid edirik ki, yeni hökumət siyasətini öz xalqının maraqları əsasında quracaq. Bu ölkənin gələcək inkişafı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından və Azərbaycanla münasibətləri tamamilə normallaşmasından asılıdır.

Azərbaycan hər zaman danışıqlara hazır olduğunu bəyan edib və ümid etmək istəyirik ki, xalqın seçdiyi yeni hakimiyyət bu məsələyə ayıq-sayıq yanaşacaq və əvvəlki rejimin əməllərindən nəticə çıxaracaq.

"Hamımız seçilmiş nümayəndələr olaraq, burada ölkələrimizi təmsil edir, daha yaxşı dünya naminə öz təcrübəmizi bölüşür, uğurlarımızdan və çətinliklərimizdən söz açırıq. Avropa Şurasının 70 illik yubileyi ərəfəsində biz sülhün dəyəri, demokratiya və ədalət prinsiplərinə sadiqliyimizin əhəmiyyəti barədə bir daha düşünməliyik. Kimisə razı salmaq naminə müəyyən hallara göz yummaq, qeyri-obyektiv qərarlar qəbul etmək yolverilməzdir”, - deyə Sevinc Fətəliyeva diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video