21 Yanvar 2019 21:57
396
SİYASƏT
A- A+

Braziliya portallarında Qanlı Yanvar hadisələrindən bəhs edən məqalələr dərc olunub


Braziliyada fəaliyyət göstərən bir sıra nüfuzlu mətbuat orqanlarında Qanlı Yanvar hadisələrindən bəhs edən məqalələr dərc edilib.

Azərbaycanın Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, "Embassy Brasilia” və "Brasilia in foco” xəbər portallarında dərc olunan yazılarda Azərbaycan xalqının müstəqillik uğrunda keçdiyi yoldan, sovet qoşunlarının 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda törətdikləri insanlığa qarşı cinayətlərdən bəhs olunur. Qeyd edilir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev faciənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Qeyd edilir ki, bu cinayət Azərbaycan xalqının azadlıq mübarizəsinin qarşısını ala bilmədi. Azərbaycan xalqı qanı bahasına da olsa müstəqilliyinə qovuşdu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video