21 Yanvar 2019 21:55
458
DÜNYA
A- A+

BMT: Dünyada sərmayələrin həcmi 19 faiz azalıb


Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNSTAD) məlumatında bildirilir ki, 2018-ci ildə dünyada sərmayələrin sayı 19 faiz azalıb. Belə ki, 2017-ci ildə 1,47 trilyon dollar olan qlobal investisiyaların miqdarı ötən il 1,2 trilyon dollara enib.

AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, hesabatda bu tendensiyanın qlobal maliyyə böhranı şəraitində üç ildir davam etdiyi, əsas azalmanın isə amerikan biznesinin xarici sərmayələrində müşahidə olunduğu qeyd edilir. Belə ki, hesabat ilində ABŞ sərmayəçiləri öz vəsaitlərini geri çəkərək digər ölkələrə 40 faiz – 451 milyard dollar az investisiya qoyublar. Bu azalma Konqresin yeni vergi sistemi tətbiq etməsi ilə bağlıdır. Amerikan şirkətlərinin bu addımı Avropaya sərmayə axınını görünməmiş həcmdə - 73 faiz azaldıb. Köhnə qitəyə amerikan sərmayəsi 1990-cı il səviyyəsinə düşüb və cəmi 100 milyard dollar təşkil edib. Bəzi Avropa ölkələrində isə investisiya göstəriciləri mənfi həddə qədər düşüb.

Asiyada sərmayə qoyuluşu 5 faiz, Afrikada isə 6 faiz artıb. Lakin Cənubi Amerika ölkələrində bu göstərici 4 faiz azalıb.

Əvvəlki illərdə olduğu kimi, sərmayə göstəricilərinə görə ABŞ liderlik edir. Ötən il Birləşmiş Ştatların iqtisadiyyatına qoyulan birbaşa investisiyaların həcmi 226 milyard dollar olub. İkinci yerdə 142 milyard dollarla Çin, üçüncü yerdə isə 122 milyard dollarla Böyük Britaniyadır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video