21 Yanvar 2019 21:35
762
Təhsil
A- A+

Təhsil Nazirliyində səmərəli fəaliyyətinə görə bir qrup şəxs mükafatlandırılıb


Yanvarın 21-də Təhsil Nazirliyində təhsilin inkişafındakı xidmətlərinə görə fərqlənən idmançılarla görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, məktəbdənkənar fəaliyyətin təşkili üzrə müəssisə rəhbərlərinin, idmançıların iştirak etdikləri görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək ölkəmizdə təhsilin inkişafına xüsusi önəm verildiyini diqqətə çatdırıb, bu sahədə qazanılan uğurlardan danışıb.

Nazir müavini 2018-ci il ərzində təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə Təhsil Nazirliyinin müvafiq əmrləri ilə təltif edilən təhsil işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra təltif olunan şəxslərə Təhsil Nazirliyinin "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, fəxri fərman və təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən təltif olunan şəxslər Avropa və dünya səviyyəli yarışlarda nailiyyətlər əldə edən Uşaq-Gənclər İdman-Şahmat məktəblərinin yetirmələri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının 2017-2018-ci il mövsümündə müxtəlif yaş qrupları üzrə təşkil etdiyi liqalarda uğurlu nəticələr qazanan "Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbi və "Təhsil” Respublika İdman Mərkəzinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin nümayəndələridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video