21 Yanvar 2019 17:16
490
DÜNYA
A- A+

Filippinin cənubunda tarixi referendum


Dünən Filippinin cənubunda moro xalqından olan müsəlmanlara geniş muxtariyyət verilməsi məsələsi üzrə referendum keçirilmişdir. Mindanao adasında 3 milyon nəfərədək adam səsvermə hüququna malikdir. Polis adada təhlükəsizlik tədbirlərini gücləndirmişdir. Bu barədə "Anadolu” agentliyi xəbər verir.

Moro İslam Azadlıq Cəbhəsinin (MİAC) lideri Hacımurad İbrahim referendumda səs verdikdən sonra bildirmişdir ki, "moro xalqının problemini həll etmək və 40 ildən çoxdur davam edən silahlı mübarizəni dayandırmaq üçün yeganə yol sülhdür. Biz səsvermənin nəticələrini tanıyacağıq və danışıqlar masası arxasına qayıtmaqdan imtina etməyəcəyik. Müharibə münaqişələri tənzimləmək vasitəsi deyil”.

Eyni zamanda MİAC-ın lideri ümidvar olduğunu bildirmişdir ki, rəsmi Manila Banqsamoro üzrə razılaşmanın şərtlərinə riayət edəcək.

Qeyd edək ki, referendum Filippin hökuməti ilə müsəlmanların ən güclü təşkilatı – MİAC arasında sazişin tərkib hissəsidir və ölkənin cənubunda çoxdan gözlənilən sülhü təmin etmək məqsədi güdür.

Saziş MİAC-ın Mindanao adasını Filippindən ayırmaq cəhdlərindən imtina etməsini və orada hazırda mövcud olan Mindanao muxtar rayonu əvəzinə yeni inzibati birlik – Banqsamoro ("Moro xalqı”) yaratmağı nəzərdə tutur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video