21 Yanvar 2019 17:15
490
DÜNYA
A- A+

ƏDL Gömrük İttifaqı yaradır


Livanın paytaxtı Beyrutda Ərəb Dövlətləri Liqası (ƏDL) sammitində Gömrük İttifaqının və Ərəb Azad Ticarət Zonasının yaradılması barədə qərar qəbul edilmişdir. ƏDL baş katibinin müavini Hüsam Zəki demişdir ki, məqsəd 20 ərəb ölkəsinin ərzaq təhlükəsizliyini və onların harmonik inkişafını təmin etməkdir.

Regionun iqtisadiyyatı üçün daha bir vacib qərar Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının vahid kriptovalyuta yaratmaq niyyəti olmuşdur.

Sammitdə suriyalı qaçqınlar mövzusu da müzakirə edilmişdir. Bununla bağlı Livanın xarici işlər naziri Cibran Basil öz fikrini söyləmişdir. O, hazırkı miqrasiya böhranını İkinci Dünya müharibəsindən bəri ən ağır böhran kimi qiymətləndirmişdir. Nazirin dediyinə görə, böhranın fəsadlarını ərəb ölkələri daha çox hiss edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video