21 Yanvar 2019 17:14
394
DÜNYA
A- A+

Keçən il milyarderlər varlandı, kasıblar yoxsullaşdılar


Ötən il dünyada milyarderlər əhalinin yoxsul təbəqələri hesabına varidatlarını xeyli artırmışlar. Yoxsulluqla Mübarizə üzrə Beynəlxalq Təşkilatlar Birliyinin (Oxfam) məlumatına görə, 2018-ci ildə milyarderlərin aktivləri ümumilikdə 12 faiz, orta hesabla gündə 2,2 milyard avro artmışdır.

Dünya əhalisinin yoxsul hissəsi 11 faiz itkiyə məruz qalmışdır. Oxfam tədqiqatını Davosda keçiriləcək Dünya İqtisadi Forumu ərəfəsində təqdim etmişdir. Birlik güman edir ki, təhsil, səhiyyə və sosial sığorta kimi sahələrə qoyulan sərmayələr yoxsulluğun və qeyri-bərabərliyin kökünün kəsilməsinə xeyli töhfə verə bilər. Bununla belə, Oxfam qeyd edir ki, dünyada belə sərmayələr "fəlakətli dərəcədə” çatışmır.

Birliyin hesabatında deyilir ki, son 10 il ərzində dünyada milyarderlərin sayı iki dəfə artmışdır. Bununla yanaşı, daha az adam ifrat yoxsulluq vəziyyətindən çıxa bilir. Gündə 1,7 avrodan az pulu olan ifrat yoxsul hesab olunur. 1990-2000-ci illərdə belə adamların sayı iki dəfə azalsa da, 2015-ci ildə dünyada təxminən 736 milyon nəfər ifrat yoxsulluq şəraitində yaşamışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video