21 Yanvar 2019 17:09
549
DÜNYA
A- A+

Kosmik otelin fotoşəkilləri yayılıb


Bir sutka ərzində 16 dəfə günəşin doğuşu və qürubunu izləmək, çəkisizlik şəraitində uçmaq və Yerin görünüşünü kosmosdan seyr etmək həvəskarları üçün nəzərdə tutulmuş "Avrora stansiyası” adlı kosmik otelin maraqlı fotoşəkilləri yayılıb.

AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, bu unikal oteldə səyahət etmək 9,5 milyon dollara başa gələcək. ABŞ-ın kosmos texnologiyası üzrə startapı "Orion Span” tərəfindən hazırlanmış tam modul kosmik stansiya altı nəfər üçün nəzərdə tutulub və iki ekipaj üzvü ilə birlikdə 12 gün davam edəcək. Kosmik otel ilk qonaqlarını 2021-ci ildə qəbul edəcək.

"Orion Span” şirkətinin icraçı direktoru Frenk Banqerin sözlərinə görə, onların əsas məqsədi kosmosu hamı üçün əlçatan etməkdir. Şirkət kosmos səyahətçilərinin 24 aylıq treninqini də həyata keçirəcək. Banqer əlavə edib ki, varlı səyahətçilər 12 gün müddətində Yerdən 200 mil hündürlükdə uçacaq və mavi planetin gözəl mənzərəsini seyr edə biləcəklər. Kosmik otel hər 90 dəqiqədə bir dəfə Yerin orbitindən çıxacaq ki, bu da səyahət edənlərə hər 24 saatdan bir günəşin doğuşunu və qürubunu 16 dəfə görməyə imkan verəcək. Otelin qonaqları çəkdikləri videomaterialı internet vasitəsilə Yerdəki yaxınlarına göndərmək, onlarla ünsiyyət qurmaq imkanına da malik olacaqlar. Kiçik özəl təyyarə modelinə bənzəyən "Avrora stansiyasının” salonunun eni 3,7 metr, uzunluğu isə 12 metr olacaq. Kosmik otelin içərisində yataq dəsti, yüksək keyfiyyətli kosmos ərzağı və bar da quraşdırılıb. Üçaylıq treninqi bitirən səyahətçilərə "Orion Span” şirkətinin astronavt sertifikatı təqdim ediləcək.

CNN-nin xəbərində bildirilir ki, "Orion Span” kosmik otel hazırlayan yeganə şirkət deyil. ABŞ-ın Texas ştatında yerləşən "Axiom Space” firması da 2024-cü ildə kosmosda otel quraşdırmağı, bu vaxtadək isə 2020-ci ildə ilk turistləri Beynəlxalq Kosmik Stansiyaya aparmağı planlaşdırır. Digər amerikan şirkəti – "Virgin Galactic” kosmos səyahətçilərinə 250 min dollarlıq macəra təklif edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video