21 Yanvar 2019 16:17
1151
CƏMİYYƏT
A- A+

Morfindən daha güclü ağrıkəsici dərman hazırlanıb


Amerikalı alimlər unikal təsirə malik ağrıkəsici dərman hazırlayıblar.

AZƏRTAC "Medikforum”a istinadla xəbər verir ki, işlənib hazırlanan preparat keyitmə keyfiyyətinə görə tibb praktikasında daha çox istifadə edilən morfini üstələyir.

İndiyədək daha çox təsirli, ən geniş yayılan keyitmə üsulu morfindir. Bu, allergiya reaksiyalı insanları keyfiyyətli tibbi xidmətlə təmin etməkdən ötrü morfindən istifadəni əhəmiyyətli dərəcədə genişləndirməyə şərait yaradır. Bu halda yeni preparatın təsirli maddələri daha təhlükəsizdir, opioidlərə nisbətən daha çox səmərəlidir və asılılıq əmələ gətirmir.

"AT-121” adlandırılan yeni ağrıkəsici heyvanların, o cümlədən insana daha yaxın olan meymunların üzərində sınaqdan keçirilib. Təcrübələrin nəticəsi onun ağrı hisslərini aradan qaldırmaqda, həmçinin opioid asılılığının müalicəsində müvəffəqiyyətini göstərib. Dərmanın tərkibindəki maddələrə asılılığın əmələ gəlməməsi ondan daha geniş istifadə edilməsinə imkan yaradır, preparatın narkotik təsir göstərməsindən sui-istifadənin qarşısını alır.

Opioidlər təbabətdə onların beyin reseptorlarına təsiri sayəsində xroniki ağrıların təcrid edilməsində istifadə olunur. Lakin morfin və buna bənzər maddələr bu zaman beyinin həzz mərkəzini stimullaşdırır ki, bu da bir neçə qəbuldan sonra vərdişə gətirib çıxarır. Statistik göstəricilərə görə, iki milyondan çox insanda məhz keyitmənin bu üsulu nəticəsində asılılıq yaranıb. "AT-121” ağrının aradan qaldırılması zamanı beyinin həzz mərkəzinə heç bir təsir göstərmir və bu, onun əsas üstünlüyüdür ki, preparatı anesteziologiya sahəsində ən perspektivli ixtiraların sırasına çıxarır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video