21 Yanvar 2019 15:18
361
SİYASƏT
A- A+

Avropa Şurası Parlament Assambleyasının qış sessiyası öz işinə başlayıb


Yanvarın 21-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə deputatlarımız sessiyada iştirak edirlər.

Sessiyanın ilk plenar iclasında qurumun prezidenti və vitse-prezidentləri seçiləcək.

İlk iclasda Avropa Şurası Nazirlər Komitəsinin sədri, Finlandiyanın xarici işlər naziri Timo Soini, AŞPA-nın baş katibi Torbyorn Yaqland çıxış edəcəklər. Sessiyanın üçüncü günü Finlandiya Prezidenti Sauli Niinistö Assambleyada çıxış edəcək.

Assambleyanın plenar iclaslarında Gürcüstanda keçirilmiş prezident, Ermənistanda isə parlament seçkilərinin müşahidəsi ilə bağlı müzakirələr aparılacaq. Avropa Şurası ölkələrində referendum prosedurlarının yenilənməsi, demokratik seçkilər üçün media azadlığının əsas şərtləri, yalan məlumat ötürmə və təbliğ etmənin ifşasında ictimai medianın rolu, milli azlıqların hüquqlarının qorunması və digər mövzularda məruzələr dinləniləcək və fikir mübadiləsi aparılacaq. Avropa İnsan Hüquqları Konvensiyası ilə şəriət qanunlarının uyğunluğu mövzusuna həsr olunan müzakirədə "Avropa Şurasının üzvü olan dövlətlər Qahirə bəyannaməsini imzalaya bilərmi?” sualı ətrafında polemika aparılacaq.

Milli Məclisin deputatları müzakirələrdə iştirak edəcək, baxılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video