21 Yanvar 2019 15:15
1167
PARLAMENT
A- A+

Fayez bin Abdulla Al-Şehri: Səudiyyə Ərəbistanı Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişafı üçün səy göstərir


Yanvarın 21-də Milli Məclisin sədri Oqtay Əsədov Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq komitəsinin nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Azərbaycanın Səudiyyə Ərəbistanı ilə əlaqələrin yüksək səviyyədə inkişafında maraqlı olduğunu deyib. Sədr qeyd edib ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin inkişafında Prezident İlham Əliyevin bu ölkəyə səfərlərinin böyük rolu olub. Bu görüşlər zamanı ölkələrimiz arasında 20-yə yaxın sənəd imzalanıb, hazırda 11 sənəd imzalanmaq üçün hazırlanır. Bütün bu sənədlər münasibətlərimizin hüquqi bazasını təşkil edir.

İqtisadi əlaqələrin inkişafından söz açan Milli Məclisin sədri bu sahədə əməkdaşlığın daha da dərinləşməsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, hazırda Azərbaycanda Səudiyyə Ərəbistanının 16 şirkəti fəaliyyət göstərir. Azərbaycanda biznes mühitinin çox yaxşı səviyyədə olduğunu diqqətə çatdıran Oqtay Əsədov indiyədək ölkəmizə 250 milyard dollar investisiya qoyulduğunu deyib.

Parlamentlərarası əlaqələrin razılıq doğurduğunu söyləyən Milli Məclisin sədri dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib.

Oqtay Əsədov Ermənistan-Azərbaycan Dağlı Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə və işğalçılıq siyasəti yürüdən Ermənistanla indiyədək diplomatik münasibətlər qurmadığına görə Səudiyyə Ərəbistanına təşəkkürünü bildirib.

Nümayəndə heyətinin rəhbəri Fayez bin Abdulla Al-Şehri qeyd edib ki, Səudiyyə Ərəbistanı Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün səy göstərir. O cümlədən Səudiyyə Ərəbistanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində davamlı olaraq dəstəkləyir.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video