21 Yanvar 2019 14:44
424
CƏMİYYƏT
A- A+

Şəhidlərimiz millətimizin qürur ünvanıdır


Hər il olduğu kimi, bu ilin 20 yanvarında da Gəncədəki Şəhidlər xiyabanına minlərlə şəhər sakini toplaşmışdı. Onlar müstəqilliyimizin bərpa olunması yolunda canlarından keçmiş şəhid övladlarımızı anmaq üçün Şəhidlər xiyabanına qucaq-qucaq qərənfillərlə gəlmişdilər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Şəhidlər Memorial Abidə Kompleksinin önünə əklil qoyduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra din xadimləri müqəddəs amallar uğrunda canından keçmiş şəhid övladlarımızın ruhuna dualar oxudular. Azərbaycanın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sonra Anım mərasiminə toplaşanlar şəhid məzarlarını ziyarət etməyə başladılar. Bütün şəhid məzarları qərənfillərə qərq oldu.

Bütün gün Gəncənin Şəhidlər xiyabanı insan izdihamı ilə müşaiyyət olundu. Onlar bu günü təkcə hüzn günü kimi deyil, tariximizin şərəf və qəhrəmanlıq günü kimi qeyd etdilər. Anım mərasimi iştirakçılarının dilində bu sözlər daim səslənirdi. 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş verən faciələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş məkrli siyasətin növbəti təzahürüdür. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Sabir ƏLİYEV,

"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video