21 Yanvar 2019 14:37
535
DÜNYA
A- A+

“Oxfam”: Dünyada 26 milyarderin sərvəti 3,8 milyard insanın gəlirindən çoxdur


"Oxfam International” təşkilatının hesabatında deyilir ki, dünyada 26 milyarderin 1,4 trilyon dollarlıq sərvəti 3,8 milyard insanın gəlirindən çoxdur. Qlobal maliyyə böhranı dövründə isə milyardçıların sərvətinə hər gün 2,5 milyard dollar əlavə olunub.

AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, dünyada ciddi iqtisadi və sosial problemlərə səbəb olan qlobal maliyyə böhranı dövründə milyarderlərin sayı iki dəfə artaraq 2,208 nəfərə çatıb. Hesabat müəllifləri bildirirlər ki, onların əsas məqsədi Davos İqtisadi Forumu ərəfəsində dünyanın diqqətini yoxsulluğun artmasına yönəltməkdir.

Hesabata görə, dünyanın ən varlı adamları siyahısına başçılıq edən "Amazon”un sahibi Ceff Bezos, "Microsoft”un yaradıcısı Bill Qeyts, habelə Uorren Baffet və Mark Zukkerberqin əllərində 357 milyard dollar kapital toplaşıb. "Oxfam International”ın hesabatında hökumətlərə tövsiyə olunur ki, yoxsulluğun səviyyəsinin azaldılması üçün bu və digər milyarderlərə tətbiq olunan vergiləri daha da artırsınlar.

Təşkilatın vitse-prezidenti Pol O”Brayn və bir sıra amerikalı konqresmenlər milyarderlərdən alınan vergilərin hətta 70 faizə qaldırılmasını təklif edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video