20 Yanvar 2019 21:40
646
CƏMİYYƏT
A- A+

Sovet imperiyasının hərb maşını xalqımızın azadlıq arzusunu boğa bilmədi


Xalqımızın azadlıq, istiqlal mübarizəsinin simvoluna çevrilən, Azərbaycan xalqının qan yaddaşına qəhrəmanlıq günü kimi əbədi yazılan 20 Yanvar faciəsinin 29-cu ildönümü Sumqayıt şəhərində də böyük izdihamla qeyd olunub. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri səhər saatlarında Sumqayıtdakı şəhidlər memorial kompleksə gəliblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Respublikasının dövlət himni səsləndirilib. Saat 12-də ölkəmizin hər yerində olduğu kimi Sumqayıtda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra anım mərasimin iştirakçıları şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidəni və Vətənin qəhrəman övladlarının məzarlarını ziyarət ediblər. Şəhidlərin ruhuna dualar oxunub.

Sumqayıtlılar da 20 Yanvarı yalnız faciə kimi deyil, şərəf və qəhrəmanlıq günü kimi xatırlayırlar. Xalqımızın azadlıq, istiqlal mübarizəsinin qarşısını hər cəhdlə almağa çalışan sovet imperiyasının Bakıda və respublikamızın digər şəhər və rayonlarında törətdiyi amansız qırğınlar, günahsız insanların qətlə yetirilməsi xalqımızın azadlıq arzusunu boğa bilmədi. Bu tarixi faciə, milli iftixar hissinin və milli müstəqillik ideyalarının formalaşmasına güclü zəmin yaradıb. 20 Yanvar faciəsindən sonra ölkənin milli müstəqilliyinin dönməzliyi birmənalı şəkildə dərk olunub. Xalqımız Vətən şəhidlərini heç vaxt unutmur, ruhlarını həmişə yad edir.

X X X

Həmin gün 20 Yanvar faciəsində şəhid olmuş sumqayıtlı alimlər İbrahim İbarhimovun, İsmayıl Mirsaqulovun və Svetlana Məmmədovanın Ceyranbatan qəsəbəsi ərazisində yerləşən xatirə abidəsi də ziyarət edilib. Alimlər işdən Bakıya qayadan zamanı onların dövlət nişanlı "VAZ 21011” markalı avtomobilini BTR əzərək keçib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video