20 Yanvar 2019 12:26
418
SİYASƏT
A- A+

Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın yaddaşına həkk olunan mübarizə rəmzidir



20 Yanvar xalqımızın yaddaşına həkk edilən mübarizə rəmzidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 20-də jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 20 Yanvar Azərbaycan xalqının həm hüzn günü, həm də qəhrəmanlıq salnaməsidir. 20 Yanvarda şəhid olan vətəndaşlarımız ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçiblər. Bu hadisənin günahkarları Azərbaycan xalqı tərəfindən ittiham olunur.

"Ulu öndər Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətə qayıdışından sonra bu hadisələrə hüquqi-siyasi qiymət verilib. 20 Yanvar hadisələri baş verəndən sonra ümummilli lider Heydər Əliyev ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək Mixail Qorbaçov başda olmaqla bu faciəni törədənləri kəskin şəkildə ittiham edib”, - deyə M.Qurbanlı vurğulayıb.

O qeyd edib ki, baş verən hadisələr barədə müxtəlif kitablar nəşr edilib, filmlər çəkilib, tədqiqatlar aparılıb. 29 il keçsə də 20 Yanvar hadisələri xalqın yaddaşına həkk olunan şücaət rəmzidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video