20 Yanvar 2019 12:19
415
SİYASƏT
A- A+

Hafiz Paşayev: Biz həmişə müstəqilliyimiz uğrunda mübarizəyə hazır olmalıyıq


Xalqımızın azadlıq mübarizəsi tarixinə oyanış günü kimi düşən Qara Yanvar hadisələrini gənclər heç zaman unutmamalıdır.

AZƏRTAC xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev tələbələrə müraciətində vurğulayıb. O bildirib ki, tarixi unutmaq xalqların qarşısına yeni faciələrə səbəb ola bilər. Millətimizin 1980-ci illərin sonunda başladığı azadlıq uğrunda mübarizəsində bu qədər ağır hadisələrdən keçməsinin səbəblərindən biri də 1918-ci ilin faciəvi hadisələri barədə kifayət qədər məlumatlı olmamağımız və onları düzgün qiymətləndirə bilməməyimiz idi. Rektor deyib: "Biz, həmişə müstəqilliyimiz uğrunda mübarizəyə hazır olmalıyıq. Bir gəncin dövlətinə verə biləcəyi ən böyük töhfə onun təhsilli olmasıdır. Güclü kadrları olan ölkənin mövqeyi də güclüdür. ADA məzunları yeni dövrün çağırışlarına hazır olmalıdırlar”.

ADA Tələbə Şurasının təşkil etdiyi "20 Yanvar: qanlı yaddaşımız” tədbirində tələbələr qarşısında, həmçinin tarix elmləri doktoru, Milli Məclisin deputatı, professor Musa Qasımlı da çıxış edib. O, Qanlı Yanvar hadisələrinin siyasi təhlilini verərək sovet ordu hissələrinin Bakıda mülki əhaliyə qarşı silahlı kütləvi qırğın törətməsini SSRİ rəhbərliyinin ağır cinayəti adlandırıb. Xatırladıb ki, hadisədən bir gün sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransında sovet imperiyasının riyakar siyasətini ifşa edən, baş verənlərə cəsarət və qətiyyətlə düzgün qiymət verən ümummilli lider Heydər Əliyev olub.

Tədbirdə Gənc Tamaşaçılar Teatrının bədii heyətinin üzvləri tərəfindən "Arzu və Murad” pyesindən səhnə nümayiş olunub. Səhnə əsəri Xocalı şəhərinin işğalı zamanı əsir düşmüş gənc qızın faciəvi taleyindən, qaçqınlıq şəraitində yaşayan insanların saf hisslərindən, psixoloji və mənəvi durumundan bəhs edir.

Sonda ADA tələbələri şəhidlərin xatirəsinə hazırlanan bədii proqramla çıxış ediblər. Tədbir Azərbaycan bayrağının dalğalandırılması ilə yekunlaşıb. Daha sonra ADA Universitetinin yerli və xarici müəllim və tələbələrindən ibarət nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək 20 Yanvar şəhidləri və Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban verən digər şəhidlərin xatirəsinə ehtiramlarını ifadə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video