20 Yanvar 2019 00:55
558
CƏMİYYƏT
A- A+

Sumqayıtda 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib


Ümumxalq hüzn günü ilə əlaqədar Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində "20 Yanvar - müstəqilliyə gedən yolda şərəf və qəhrəmanlıq tarixidir” adlı "dəyirmi masa” və rəsm sərgisi keçirilib.

Əvvəlcə qonaqlar Heydər Əliyev Mərkəzinin sərgi salonunda Bakı küçələrində azadlıq istəyən geniş xalq kütləsinə qarşı sovet ordusunun törətdiyi misli görünməmiş faciəni əks etdirən rəsm sərgisinə baxış keçirilib. Yeniyetmələrin ifa etdiyi şeirlər iştirakçılar tərəfindən maraqla dinlənilib.

Daha sonra mərkəzin konfrans zalında davam edən tədbirdə vurğulanıb ki, həmin hadisədən 29 il keçir. Qeyd edilib ki, keçmiş sovetlər birliyinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətdir. Yalnız ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə yenidən qayıdışından sonra 1990-cı il Qanlı Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilib və terror aktının beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm işlər görülüb. Prezident İlham Əliyevin tapşırığı ilə Bakı şəhərində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə 20 Yanvar dairəsində memorial abidə kompleksi ucaldılıb. Hər il xalqımız igid övladlarının fədakarlığını əziz xatirələrini böyük ehtiramla yad edir.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, Yeni Azərbaycan Partiyası şəhər təşkilatının sədr müavini Elmar Xəlilov, Gənclər evinin direktoru Pəri Vəliyeva çıxışlarında həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlarını qeyd ediblər.

Sonra həmin günləri yaşadan videoçarx göstərilib.

Sonda iştirakçılara "20 Yanvar” adlı məlumat bukletləri paylanılıb.

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video