19 Yanvar 2019 19:37
405
SİYASƏT
A- A+

Ankarada keçirilən konfrans “Azərbaycanın müstəqilliyinə gedən yolda 20 Yanvar faciəsi” mövzusuna həsr olunub


Azərbaycanın Türkiyədəki səfirliyi ilə Ankara Universitetinin hüquq fakültəsinin birgə təşkilatçılığı əsasında universitetdə "Azərbaycanın müstəqilliyinə gedən yolda 20 Yanvar faciəsi” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, universitetdə 20 Yanvar hadisələrinin dəhşətlərini əks etdirən fotosərgi təşkil olunub.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşun birləşmələrinin Bakıda törətdiyi qanlı cinayəti əks etdirən film nümayiş olunub.

Daha sonra Azərbaycanın türkiyədəki səfiri Xəzər İbrahim, Ankara Universitetinin prorektoru Əbdülqadir Gürer, hüquq fakültəsinin dekanı Muharrem Özen və digərləri çıxış edərək 20 Yanvar hadisələri ərəfəsində keçmiş SSRİ-də və Azərbaycanda gedən proseslər, xalqımızın azadlıq mübarizəsi haqqında danışıblar. Diqqətə çatdırılıb ki, sovet ordusunun Bakıda törətdiyi qanlı cinayət Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi, əksinə, xalq öz şəhidlərinin qanını yerdə qoymadı və bu mübarizə azadlığın əldə edilməsi ilə nəticələndi.

Sonra konfransın panel hissəsi keçirildi. Məruzə ilə çıxış edən tədqiqatçılar Cavid Abdullazadə və Namiq Musalı 20 Yanvar faciəsinin siyasi və tarixi aspektlərini təhlil ediblər. Türkiyəli tədqiqatçı Raqub Kirazın məruzəsi isə ulu öndər Heydər Əliyevin 20 Yanvar hadisələrindən sonra Moskvada kəskin bəyanatla çıxış edərək qanlı aksiyanı pisləməsi, Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra bu hadisələrə hüquqi-siyasi qiymət verilməsi üçün gördüyü işlərə həsr olunub. O diqqətə çatdırıb ki, dahi şəxsiyyətin şəhid ailələrinə hərtərəfli qayğı göstərilməsi siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video