19 Yanvar 2019 16:42
471
DÜNYA
A- A+

Kolumbiya hökuməti ELN ilə sülh danışıqlarını dayandırdı


Kolumbiya Prezidenti İvan Duke "Milli Azadlıq Ordusu” (ELN) qiyamçı qruplaşması ilə sülh danışıqlarının dayandırıldığını elan etmişdir. Prezident Kubada danışıqlarda iştirak edən ELN-nin on nümayəndəsinin həbsinə order vermişdir. Duke bildirmişdir ki, "bütün cinayətkarlar və sifarişçilər məsuliyyətə cəlb olunmayınca sakitləşməyəcəyik”.

Kolumbiya hökuməti yanvarın 17-də ölkənin paytaxtı Boqotada Polis Akademiyasına terror hücumuna görə məsuliyyəti bu qruplaşmanın üzərinə qoymuşdur. Partlayış nəticəsində azı 21 nəfər həlak olmuş, 68 nəfər yaralanmışdır. Cinayətin birbaşa icraçısı, ELN-nin üzvü və partlayıcı maddələr üzrə ekspert terror aktı zamanı həlak olmuşdur. Daha bir şübhəli şəxs Boqotada saxlanmışdır.

2017-ci ilin avqustunda Kolumbiya hökumətinin ölkədəki ən böyük qiyamçı təşkilat – FARC ilə yarıməsrlik münaqişəsi tam bitdikdən sonra ELN sonuncu fəal qiyamçı qruplaşma olaraq qalmışdır. O, 1964-cü ildə Kuba inqilabı dalğasında yaradılmışdır. Hazırda qruplaşmanın təxminən 2 min üzvü var. Silahlılar əsasən ölkənin şərqində fəaliyyət göstərirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video