19 Yanvar 2019 14:01
451
SİYASƏT
A- A+

Yaponiya ictimaiyyəti 20 Yanvar faciəsi ilə bağlı məlumatlandırılıb


Yaponiyada fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar sosial şəbəkələrdə yapon dilində məlumatlar yayıb.

Mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildirib ki, məlumatın yayılmasında əsas məqsəd yapon ictimaiyyətini 29 il əvvəl sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi cinayət barədə obyektiv məlumatlandırmaqdır.

Məlumatda qeyd edilir ki, həmin vaxt Azərbaycan paytaxtında və rayonlarda baş vermiş faciəvi hadisələr həm də qəhrəmanlıq səhifəsi kimi xalqımızın yaddaşına əbədi həkk olub. Bu hadisələr faciə olmaqla yanaşı, eyni zamanda, Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin unudulmaz səhifəsidir.

Bildirilir ki, bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, buna demokratik yollarla nail olmaq istəyən, azadlıq, suverenlik arzusunda olan Azərbaycan xalqının iradəsini qırmaq idi. Bu, Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv etmək məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Həmin vaxt Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda "erməni kartı”ndan məharətlə istifadə edib.

Sovet rəhbərliyinin cinayətkar siyasətinin mahiyyətini faciə zamanı həlak olanlar barədə məlumatlar da təsdiq edir. 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda və rayonlarda həyata keçirdikləri qırğınlarda 147 nəfər öldürülüb, 744 insan yaralanıb. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi, xəstəxanalar, "təcili yardım” maşınları atəşə tutulub, həkimlər qətlə yetirilib.

Vurğulanır ki, o müdhiş günlərdə Heydər Əliyevin - qüdrətli liderin respublikada olmaması günün ən böyük həqiqəti kimi dərk olunub. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəlib, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atılıb. Məhz Ulu Öndərin Sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olunub.

Məlumatda qeyd edilir ki, Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.

Bildirilir ki, Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs and yerinə, milli iradəmizin şanlı salnaməsinə çevrilib. Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli birliyimizin rəmzi kimi bundan sonrakı nəsillər üçün də bir qürur mənbəyi olacaq.

Məlumatda faciənin əks olunduğu fotolara da geniş yer verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video