19 Yanvar 2019 12:30
332
SİYASƏT
A- A+

Malayziyada 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbirlər davam edir


20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbirlər Malayziyada davam edir. AZƏRTAC xəbər verir ki, tədbirlər çərçivəsində Malayziyada fəaliyyət göstərən İƏT Beynəlxalq Biznes Mərkəzi (OIC International Business Centre) tərəfindən nəşr olunan "OIC Today” jurnalında "Azərbaycan tarixinin faciəli və qəhrəmanlıq səhifəsi” başlıqlı geniş məqalə dərc edilib.

Məqalədə 29 il əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələrin yalnız faciə yox, həm də xalqımızın tarixinin şərəfli səhifələrindən biri və Azərbaycanda sovet hakimiyyətinə son qoyan bir qığılcım olduğu qeyd olunub. Faciənin səbəb və nəticələrindən bəhs edən məqalədə 1980-ci illərin sonlarında SSRİ-də cərəyan edən hadisələrə və Azərbaycana qarşı ermənilərin əsassız ərazi iddialarına sovet rəhbərliyi tərəfindən verilən dəstəyə etiraz əlaməti olaraq xalqımızın haqq səsini ucaltmaq üçün meydanlara axışdığı, buna cavab olaraq sovet rəhbərliyi tərəfindən dinc əhaliyə qarşı amansız qətliam törədildiyi bildirilir.

Ümummilli lider Heydər Əliyevin hadisələrdən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilən bu tarixi cinayəti törədənləri ifşa etməsindən və məhz onun təşəbbüsü ilə 1994-cü ildə qanlı yanvar hadisələrinə ilk dəfə tam siyasi-hüquqi qiymət verilməsindən bəhs olunur.

Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olan 20 Yanvar hadisələrinin, eyni zamanda, bütün dünya azərbaycanlılarının yaddaşına xalqımıza qarşı törədilmiş ən qəddar və qeyri-insani cinayətlərdən biri kimi həkk edildiyi vurğulanır.

Azərbaycanın Malayziyadakı səfirliyindən AZƏRTAC-ın bu ölkədəki bürosuna verilən məlumatda qeyd edilir ki, 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər çərçivəsində, Qafqaz Müsəlmanları İdarəsinin və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) faciənin 29-cu ildönümü ilə bağlı bəyanatları Malayziya Xarici İşlər Nazirliyinə və ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video