Alternative content

21:21 21 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Məşğulluq probleminin həllinin daha bir uğurlu yolu
Məşğulluq probleminin həllinin daha bir uğurlu yolu
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:32 19.01.2019


Ölkədə özünüməşğulluq geniş vüsət alır


Ötən il ölkədə 118 min daimi iş yerinin açılması əhalinin məşğulluq probleminin həllinin dövlətin qarşıya qoyduğu prioritetlərdən olduğunu bir daha təsdiqləyir. Yeni iş yerlərinin yaradılması üçün görülən məqsədyönlü tədbirlər - müxtəlif sahələri əhatə edən yeni-yeni müəssisələrin açılması, sahibkarlığın genişləndirilməsi və s. daim gündəmdədir. İnsanların işlə təmin olunması istiqamətində atılan uğurlu addımlardan biri də özünüməşğulluğun inkişaf etdirilməsidir.

Dövlət həmişə çətin vəziyyətdə yaşayan vətəndaşlara qayğı və diqqət göstərir. Ünvanlı sosial yardım proqramlarının icra edilməsi buna əyani misaldır. Lakin dövlət həm də ehtiyaclarını ödəmək üçün hər bir ailənin özünün imkanlarının yaranmasına çalışır. Özünüməşğulluq da məhz maddi çətinliyi olan ailələrin özlərinə yaxşı dolanışıq şəraiti yaratmağa imkan verir.

Təqdirəlayiq haldır ki, bu sahədə ilk uğurlu addımlar atılıb. Özünüməşğulluq geniş vüsət aldıqca əhalinin işlə təminatı məsələsinin həllinə böyük kömək göstərəcəyi şəksizdir.

Dövlət orqanları, yerli icra orqanları və özəl qurumların bu istiqamətdə layihələr həyata keçirmələri qarşıya məqsəd kimi qoyulub. Özünüməşğulluq vətəndaşlar üçün əlverişli qazanc formasıdır. Belə ki, hər ailənin öz büdcəsi olur, bunun sayəsində də insanlar müəyyən iş qura bilirlər. Əlbəttə, dövlətin köməyi ilə.

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələdən ətraflı bəhs edilib, özünüməşğulluğun geniş vüsət aldığı bildirilib. Qeyd edilib ki, özünüməşğulluq proqramı il ərzində 6,5 dəfə genişlənib. 7267 nəfər biznes planlarını uğurla müdafiə edib. 5000-dən çox ailə aktivlərlə təmin olunub və özlərinin kiçik ailə təsərrüfatlarını yaradıb.

Qeyri-neft sektorunun aparıcı sahəsi olan kənd təsərrüfatında özünüməşğulluğun inkişafı üçün xüsusilə geniş imkanlar var. Bütün istiqamətlərdə aqrar sahənin qarşısında yeni üfüqlər açılıb. Həqiqətən də kənd yerlərində çox insanlar ailələri ilə birlikdə heyvandarlıqla, quşçuluqla, arıçılıqla, bağçılıqla, tərəvəzçiliklə məşğul olurlar. Dövlət də onlara maddi dəstək verir. Başqa sözlə, özünüməşğulluğa diqqətin artırılması bu insanlara öz fəaliyyətlərini genişləndirmək üçün münasib şərait yaradır.

Proqrama cəlb olunanların əksəriyyətini ünvanlı sosial yardım alanlar, məcburi köçkünlər, əlillər, şəhid ailələri, qadınlar və gənclər təşkil edir.

Heydər Əliyev Fondu bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə böyük dəstək verib. "Sosial bağlar” layihəsi çərçivəsində 125 ailə üçün bağçılıq təsərrüfatları yaradılıb.

Özünüməşğulluq perspektivli proqramdır. Bu proqram insanların özlərinin dolanışığını yaxşılaşdırmağa, bəzi vətəndaşları ələbaxımlıq vərdişindən çəkindirməyə kömək edəcək. Eyni zamanda iqtisadi inkişafa təkan verəcək, xüsusilə regionlarda məşğulluq probleminin həllini sürətləndirəcək. Əgər hər il 6-7 min insan bu proqrama cəlb olunarsa, bir neçə ildən sonra sosial yardıma da ehtiyac qalmayacaq və insanlar öz halal zəhmətləri ilə pul qazanacaq, ailələrini saxlayacaqlar. Başqa sözlə, özünüməşğulluq ölkə iqtisadiyyatının inkişafının amillərindən birinə çevriləcək.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin sözügedən iclasında özünüməşğulluq proqramının həyata keçirilməsinə dövlət dəstəyinin davam etdiyini vurğulayaraq demişdir: "Bu il ən azı 7 min ailə bu proqramdan faydalanacaq. Bu gün onların arasında, əlbəttə ki, ünvanlı sosial yardım alanlar da var. Beləliklə, o kateqoriyadan olan insanlar dövlətin dəstəyi ilə artıq özləri pul qazanacaqlar, öz ailə büdcələrini quracaqlar. Özünüməşğulluq proqramının çox böyük sosial və iqtisadi faydası var”.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM